Yenə qulaq verib göylər deyənə,Durmusan bir ulduz altında yenə?!O ulduz yürüyər sən yürüdükcə,Sən dayanan anda ulduz da durar,bəlkə o baxdığın ulduz altındaxoşbəxtlik adında nəsə bir şey var?!

Gözləmə boş yerə! Gözləmə, zalım,xoşbəxtlik yoxdu ala gözlərə,gözəl oğlanlara, gözəl qızlara,ürəkdən, könüldən gələn sözlərə.

Boş yerə! Boş yerə! Ölümdən qaçman,Gələn də peşmandı, gedən də peşman,Hə dost dost kimidi, nə düşmən düşmən,Dünyadan köçməyin vaxtıdı, zalım.

Üz-göz cizgilərin yerində hələ,Uca başın gora əsdiyi gündə –Sevdiyin gözəllər səni görəndə –Dünyadan köçməyin yaxşıdı, sevgim.

Son sevda yolunda axşamlarım var,Harda qərib ev var, orda şamım var.Hələ ki, hələ ki, xoşbəxtəm, dostum,Öləndə üstümdə ağlayacaqlar.

Vaxtında ölmək də bir igidlikdi,Bir də gördüm canım dünyaya yükdü,O an bu dünyadan ruhum qalxacaq,Ən təzə lələklər mənim olacaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets