Azərbaycan – su xanımlar,od ərlər, od bəylər yurdu,atı dəryalar, dənizlər,qılıncı ulduzlar aşan,göylər aşan göylər yurdu.

Bu dünyaya göy payıtəkgöydən gəlib Azərbaycan,onun adında bir olubhəm Od olmaq, həm Ər olmaq,həm Bəy olmaq, həm də Bəycan.

Odur eşq odu içdiyimAnabulaq, Anaçay,Qanad alıb uçduğumAtabayraq,Anaulduz, Ataay.

O Atabayraq, Atahaqqhamımıza qanad veribözü qanadsız uçmada,qolları çatmasa daayı ulduzun qucmada,ancaq utandığındansəkkiz qanadın da açıbulduzu aydan qaçmada.

Bax! Göy, al, yaşıl! Hər an yaz!Ay-ulduzu heç vaxt batmaz,Göydən Vətəni qoxlayanŞəhid ruhlarıyçün pərvaz!

Utanıb öz qoxusundanonu həm də, gündüz, gecəgöydə ulduzlar qoxlayar,yerdə çiçəklər gizlicə,Dünya çəkər ciyərinəbayrağımın ətrinigöy ətritək, Azərbaycan,ulduz ətri,ay ətritək, Azərbaycan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland