Ölüm də bir işdi
Öləcəyəmbu əlacsız sevgidən –Nə olsun,Ölüm də bir işdi.
Ancaq məni ağrıdan,Ömrünün bu çağındaRuhunu qırmağımdı,Bir telinə dəyməyən,Bir sözünü duymayanQansızlar arasındaSəni tək qoymağımdı...
Yoxsa ölümə nə var?!Ölüm haqqa dönüşdü,Evdən evə girişdi...Xırda kəslərdən qopubİlahiylə görüşdü!..
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-olum-de-bir-isdi
Use ← → keys to move, R for a random poem
More by this author
Yardımlının ay dumanlı dağları,Həm o yanlı, həm bu yanlı dağları.
Anaya məktubƏziz ana, nə zaman ki,Mənim işim tərs gələrdi –
Xoşbəxt olmaqYolu çətin imiş xoşbəxt olmağın,Doğruluq, duruluq bəs eləmirmiş.
Gəncə qapısıHər kəs bilir ki, onun çiynində nə isə qeyri adi bir yük var, amma ciddi-cəhdlə bu yükü unutmağa çalışır. Çünki yada salan kimi etiraf etməlidir ki, belə yaşamaq olmaz. Bəs necə yaşayasan? Hələ ki, ayrı cür yaşamağın da yolu tapılmayıb. Beləcə bir nəsil bir-birinin üzünə baxmaqdan çəkinə-çəkinə dünyada hər şeydən danışır və ürəyini əridə-əridə çalışır ki, ən başlıca şeydən danışmasın. Axı o qeydən danışan kimi nə isə bir iş görmək lazım gələcək. Bu adamlar üçün isə bulaqdan, qeyrətdən, qələbədə, Təbrizdən, kainatdan danışmaq balaca bir iş görməkdən daha asandır.*