Anaya məktub
Əziz ana, nə zaman ki,Mənim işim tərs gələrdi –Mənə yaman hirslənərdin.Deyərdin ki, bir qulaq as,Səndən mənə oğul olmaz.Düşünərdim: vaxt ötüşər,Oxuyaram, yaşa dollam.Anam görər böyüyəndəOna necə oğul ollam...İllər keçib, boy atmışam,Yekəlmişəm, əziz ana.Tay-tuşumun arasındaSözü ötən bir cavanam.
Daha çatmır qulağınaKiminləsə dalaşmışam.Filan qızı görüm deyəEvlərinin ətrafındaGecəyəcən dolaşmışam.Kitablara baş qarışıb,İtirmişəm qoyunları.Daha çatmır qulağınaGündə yüz cür oyunlarım.Meşələrdə azıb qaldıDəcəlliyin qoşunu da.Yaman atdım"Kitabların daşını da".Məndən yenə gileylisən,Ana, bu gün eşitmişəm.İndi bildim mən əvvəllərNecə böyük səhv etmişəm.Bilməmişəm yaşa dolmaq,Şair olmaq, alim olmaqOğul olmaq deyil hələ.Böyüklər var bircə gün dəHeç oğulluq etməmişdir.Alimlər var anasınınDar gününə yetməmişdir.İndi bildim nə istedad,Nə vəzifə, nə də ki adOğulluğa bəs deyilmiş.İndi bildim dediklərinElə-belə söz deyilmiş.Xəstəsənmi, yorğunsanmı,Aydan-aya bilməmişəm.Dar günündə, tok günündəKöməyinə gəlməmişəm.Düz demisən sən o sözü,Düz demisən, iki gözüm!Eh, görünür, əzəl gündənAnalarda bəxt olmayır.Qızlar üçün vaxt tapıram,Sənin üçün vaxt olmayır.Kinolara, görüşlərə,Məclislərə, çağrışlara,Quru-quru çıxışlara.Yüz qeybətə, yüz söhbətə,Yad ellərə səyahətəVaxt tapıram.Sənin üçün vaxt olmayır.Taleyə bax övlad kimiXidmət üçün vaxt olmayır.Eh, görünür, əzəl gündənAnalarda bəxt olmayır...
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-rustemxanli-anaya-mektub
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Rəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Gəldi yenə Rəhim xan İranə, barəkallah!Goldi yene Rəhim xan İranə, barəkallah!Çıxdı əceb igidtək meydanə, barəkallah!