Hanı on altı yaşlısevgilimin əlləri.Yasəmən budağıtəküzümü qapatmağa.Kəpənək qanadınatoxuna bilməsəm dəTitrəyişi bəs edirbir ürək qanatmağa.Göydən gələn işıqtəksaçımda səssiz gəzənƏllər, həsrətim əllər,nə yaman dəyişmisən?Diksinib, qaçar deyəöpməyə qıymadığım,Bircə dəfə əlactəkSinəmə qoymadığımbu əllər paltar yuyan,ət doğrayan,yer əkən.Ovcunda güzgü kimihər əzabı görükən!Bıçaq kəsib, daş əzib...Gündə üç yol bir acıdoyurmağa tələsib...Damarları qabarıq,dırnaqları sozalmış,Bu əllərdə bir evinqəm tarixi yazılmış.Göylərdən gizlədilənəllərdən gizlənməmiş.Daş-divar əzizləyənəllər əzizlənməmiş...Beşik yelləyən bu əl,uyudammaz ahını.Yuyar ər paltarını,yuyammaz günahını!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets