Bir çiçəklik gözüm vardı çəməndə,O bir çiçəyi dolmuş gözümətuta bilərdim.O bir çiçəyin ətrindəillərin ağırlığınıunuda bilərdim.

Bir nəğməlik gözüm vardı çaylardaMənə yol vermədiyi günlərinağrısını yumaq üçün.Bir daşın üstündəmamır kimi, ot kimibitib uyumaq üçün.

Bir ulduzluq gözüm vardı göylərdəBəxtimizin əbədi güzgüsü kimi.Qovuşa bilmədiyim arzularımınsonuncu təsəlli sözü kimi.Bir pəncərəlik gözüm vardı dünyadaBir ürəyin işığıydıbir dünya qaranlıqla vuruşan.Məni ayrılığa yola salandanhər axşam yollardan məni soruşan.

Bir həyətlik gözüm vardı torpaqdaUşaqlarımın ayağı altına sərməyəÇiçəyini, nəğməsini,ulduzunu, işığını qaytarıbborcunu verməyə!..

Bir laylalıq gözüm vardı dünyadaMəni isitməyən, mənə yetməyən,soyuq bir ocaqSonra kənd qırağındagecikmiş laylasıylabir torpaq təpəsini yandıracaq!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets