1

Daha burdan o yana bu əsrin səsi yetməz,Dağların üzü bərkdi, şəhərləri eşitməz.Milyon illik səssizlik, dəyişməzlik, sonsuzluq,Daha bundan beləsi mənim yolum-yolsuzluq.Hamı döşə üz qoysam-bir cığır oyandırar,Ağaclar keçidlərdə yaşıl işıq yandırar.Körpüsüz dağ çayında xatirə adlamacı,Keçilməz meşələrin yaxası mənə açıq.Gəldikdə saçlarıma yaş əlini çəkər sis.Mən bir çəki daşıyamgörən hansı göz əyir.Tərəzinin bir gözü – Bakı, Moskva, Paris,Bir gözündə kəndimiz öz qəmində göynəyir...

2

Bu at harda kişnəyir titrəyirəm bu səsə,Göydən düşür elə bil, durur nəfəs-nəfəsə.Keçmişinəm, gəlmişəm, məndən yan keçəmməzsən.Bəs atın üstündəki? Yəhərdən seçəmməzsən.Ayaqyalın, başaçıq. Ruhunun qanadında,Piyada qayıdacaq, cəfakeşlik atında.Bəlkə bu uşaq mənəm, zil saçları dağınıq,Yenə at gətirmişəm özüm öz qabağıma.Yollara da dünyada arzular hakimdisə,Bu yolların bir ucu öz doğma Bakımdısa,Niyə doğma dağlarda bitə bilməsin yollar?Niyə mənim kəndimə yetə bilməsin yollar?Ya dağlardı günahkar,Hər gələnə yol verməz.Asan yol ilə gəlsəm yəqin məni dindirməz.

Deyir piyada gəl ki, diz çök buz bulaqlara,Addımımdan diksinmək xoş gəlir bu dağlara.Söylə, qocalmışammı, kobud, cod deyiləm ki,Qurban olum, kəhər at, sənə yad deyiləm ki?Bəlkə dəyişilmişəm, ömrün qovhaqovunda,Qollarım boşalıbsa duyarsan cilovundan!Sən elə qismətsən ki, susmağa qoymur qanı,Anam məni dünyaya gətirib qanad üstə.Təyyarələr ovcunda dolansam da dünyanı,Öz ata ocağıma dönməliyəm at üstə!

3

Yenə görüş qabağı qəlbim yaman kövrəlib,Allah, niyə bu kəndin işıqları seyrəlib.Orda kənd qırağında bir tənha qarı vardı,Ölüm də təkə qənim. Gəlib onu apardı...Bir igid küsüb getdi, indi məzarı bumbuz,Anası da bu eldə qala bilmədi onsuz.Bu evin sahibinin gözü çoxdan tutulmuşİşıq nəyinə gərək, bu qayğıdan qurtulmuş...Göydə qara deşiklər, yerdə qara adalar,Kəndin ulduzlu göyə belə oxşarlığı var...Biri övlad dalınca, biri çörək dalınca,Biri palçıqdan çıxıb bir gün görmək dalınca,Köçüb gedən qayıtmaz... bu yolsuz obalara,Qızları ər gözləyən, oğulsuz obalara...

4

Niyə kəndə gələndə əzəlki sevinc gəlmir,Niyə bu səssizlikdə əsəblərim dincəlmir.Elə bil azalıbdı o çal-çağır, o şadlıq,Evlərin duruşunda bir az soyuqluq, yadlıq.El bil təbiət də duyğuları oyatmır,Umu-küsü çoxalıb, ağsaqqal sözü çatmır.Kimsə qoşmaq istəyir məni də qeybətlərə,Bu kəndə yaraşmayan çoxüzlü söhbətlərə...Bu qədər uzaq olan, ucqar olan, tək olanKənddə də diplomatiya ilanları dolanan,Burda da dizə çıxıb yalan tör-töküntüsü,Qonşu qonşudan deyir, qardaş qardaşdan küsür...Babalar kasıb idi, ancaq kölə deyildiVallah biz böyüyəndə bu kənd belə deyildi.

5

Anam, niyə qəmlisən, qəm eləmə, əzizim,Çox da hərdən ürəyin dumanlara bürünür,Adıma bağışladım hər vaxt yaxşını, pisi.Sən varsansa dünyada hər şey gözəl görünür.Hər belə acı yeldən sınan deyil ürəyim,Dağların ruhu dönməz bu inadlar əbəsdi...Yüz belə zülmət gəlib yolumuzu bürüyə,Bu obada gur yanan işığın mənə bəsdi.Sənin ömrün nur yolu – adi ömür sürmürsən,Gül səpsən bağça olar, söz səpsən yerə düşməz...Yaxşı ki, sən dünyanın o üzünü görmürsənYaxşı ki, şərin səsi gəlib sənə yetişməz...

31.X.1985

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets