Bu ayrılığa da yıxılma, könül
Qəm çəkmə, sıxılma, sıxılma, könül,Heç vaxt ayrılığa yıxılmamısan,bu ayrılığa da yıxılma, könül,bil, bu ayrılıq da ayrılıq deyil,bir əbədi eşqdi izləyir səni,hər bir ayrılığın ən son ucundayenə də gizlənib gözləyir səni.
Bir yerdə qaldıqca hamı bir səsə,hamı bir nəfəsə dolur, köklənir,Beləcə, illərcə dərd də, kədər də,lap elə insan da solur, köhnəlir.
Çıxıb getmək! Getmək! Çox uzaqlara!Çox uzaqlardan da çox uzaqlara!Orda qoşulmaq ancaq çiçəklərə,ancaq çiçəklərə, ancaq uşaqlara!
Hər təzə şəhərdə, hər kənddə, könül,təzədən başlanır ömür elə bil.Getmək! Getmək! Getmək! Elə heygetmək!Hər təzə yurda təzə sevgitək!Getmək! Getmək! Gəzərgi yaşamaqküləklərtək, buludlartək.Yaşamaq bir günlüyə, bir aylığa,Bir ayrılıqdan başqa bir ayrılığa.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-bu-ayriliga-da-yixilma-konul
Use ← → keys to move, R for a random poem
More by this author
Siz də, siz də,axın, itin bir-birinizdə,
Dünyanın son göyüzündən sevginin son göyüzünəBir an da dayanmadan, durmadanözünü göyüzünün görünməz qayasından atan
Sevgin gilənar kimiysəİlk dəfə sevdiyinin tellərinibircə-bircə yuxunda öpürsən,
Hey öpürəm məni vuran bir əli, ancaq əli tanımıramBir göz yaşında azmışam,üzlə axıram aşağı,
Poems by other poets · Separation
Həsrət qalıb doğma yurdun nazlı müşfiq qucağına,Gözlər yaşlı, boyun bükük, vətənsizmi öləcəyəm?
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
یار همان، درد همان، دل همانغصه همان، قصه مشکل همان
نشاطم میکشد چون از تنم پیکان برون آیدکه شاید دامن پیکان گرفته جان برون آید