– Bizi azad edin! – deyir,Bayraqlar uçmaq istəyir,Həm də yalan eşidir,yaltaqlıq görür deyəkabinetlərdən xilas edin,uçurdun bayrağı göyə,Qəhrəmanlarçün böyüyənkörpə güllər də görməyəən uca yerə qaldırın,yenə görməsə körpələr,Arazı, Kürü dikəldin,Araza, Kürə qaldırın

Qılınctək sıyrılsa xalq,qılınctək sıyrılar haqq da,haqdan sıyrılar bayraq da.Uçurdun bayrağı göyə,«Allah! Allah!» – deyə-deyəməzarlarının qınındanqılınctək sıyrılıb qalxanşəhidlərimiz də görməyə.

Altında xalq, üstündə Haqq,Bu nə sıyrılış,Bu nə uçuş, atam bayraq?!Ulduzları ötən bayraq,göyün ən son göyünü də,Allahın ətəyini dəbizə vətən edən bayraq,sənə layiq olsaq ancaq,bizə qanadından qanad,göyündən göy ver, uçaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Adamların çoxu həm Allahlı, həm də Allahsız olur

Adamların çoxu həm Allahlı, həm də Allahsız olur. Əslində, bu cür Allahlı olmaq da elə Allahsızlıqdır. Allah bütövlük, tamlıq sevir. Elə torpaq da, Vətən də. Biz özümüz bütöv olanda Allah da bizi bütöv görəcək – Azərbaycan da Bütöv olacaq.İLAHİ, mən indi bilirəm, insanın, həm də onun vətəninin özünü harada və necə görməyi əsas deyil, əsas Sənin onu harada və necə görməyindir.

1 min
Sənin elə varlığın, tək, ölümün yoxluğu demək

Mən indi bilirəm, İlahi, Sən niyə elə hey mənə «Ölüm yoxdu!», «Ölüm yoxdu!» – dedizdirirdin, məni hər an ölümdən yox, ölümsüzlükdən danışdırırdın. Sənin varlığın elə ölümün yoxluğuymuş.

1 min
Sənin varlığın elə ölümün yoxluğuymuş

Ölüm ancaq, adamın ölməyə və qorxmağa vaxtı qalmadığı bir çevrilmə anıymış, adamın azad ruha çevrildiyi, göyüzünün bir parçası, həm də göyüzünün özü olduğu, təkcə Allahı duyduğu bir anmış ancaq. O anda, Tanrım, mən Sənin bütün Kainatda yatan heç bir canlını diksindirməməkçün səssiz bir sevgiylə bütün Kainatın üstünə örtdüyün göyüzünə necə toxunduğunu duyunca, diz çökdüm, ancaq yerüzü dizlərim altından sürüşüb getdi və göyüzündə, Kainatın ortasında diz üstdə tək-tənha qaldım. Elə o anda Sənin də ordan uzaqlaşdığını duyunca heç özüm də bilmədim, nədən dəhşətə gəlmədim.Mən indi bilirəm, indi bilirəm, İlahi, Sənin bir yandan məndən uzaqlaşdığını duyduğum anda Sən milyonlarla yandan mənə yaxınlaşıbmışsan. Həm də bilirəm, İlahi, insanın özünü harda və necə görməyi əsas deyilmiş, əsas Sənin onu harda və necə görməyinmiş.

1 min
Dünyanın ruhi açılışı – bütün kainatçün İlahi kitablar ilkin bura enmiş, odur ki, yerüzü – bütün kainatın tək ibadət yeri, bütün kainatın, bütün duaların üzü bəri

Tanrım, Sən bütün Kainatın tək İbadət yeri – göyüzündə diz çöküb alın qoymağa Möhürdaşıtək Yerüzünü və öz yanınacan sonsuz ucalıq, sonsuz ibadəttək Eşqi yaratmısan, həm də bütün Kainat üçün İlahidən gələn Kitabları ilkin bura endirmisən. Həm də bütün duaların üzünü ən böyük İlahi İbadətə, bütün sevgilərin üzünü ən uca İlahi Eşqə doğru yönəltmisən. İlahi İbadəti, İlahi Eşqi bütün Kainata burdan yaymısan. Həm də əbədi sükuta qərq olmuş bütün Kainatda eşidilən ibadət və eşq pıçıltısından başqa səs yox. Bunları mənə Sən anlatdın, Tanrım.Ən uzaq ulduzlardan belə İlahi Eşq İbadətiyçün bura doğulmağa gələn milyonlarla adamların ayaqlarını eyni anda necə yuyub çatdıra bilməyimi, o ayaqları qoxlamaqdan niyə doymadığımı, bu dünyaya azıb gəlmiş, dünya hökmranlığına can atan yad ruhların nədən mənə dəymədiklərini də Sən anlatdın.

2 min

Poems by other poets · Divine love