Dünya mənə tanış gəlir
Gedirəm, izim böyüyür,Susuram, sözüm böyüyür,Baxıram, gözüm böyüyür,Dünya mənə tanış gəlir.
Bunun dağı-daşı tanış,Bunun yayı-qışı tanış,Gözlərimin yaşı tanış,Dünya mənə tanış gəlir.
Bir dəfə də gəlmişəmmi?Gəlmişəmmi, görmüşəmmi?Yaşamışam, ölmüşəmmi -Dünya mənə tanış gəlir.
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-dunya-mene-tanis-gelir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Çətindi
Təbib yox, cərrah yox, bulunmaz əlac,Sağalmaz, qurtarmaz, yara çətindi.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi