Əlini bağrının başına sıxıb,Dişini dişinə sıxıb,Dişlərinə qısılıbyaşar bu evin kişisi.

Haçandı, haçandı, haçandı, Allah?!Bu kişi bir dəcəl oğlandı, Allah;Özgə bağaoğurluğa girəndə,Bağ yiyəsi qəfil üstün alanda,Gəl armudubərk-bərk sıxıb əlindəQısılıb qalardı çəpər dalında -indi dişlərinə qısılıb qalıb.

Beləcə yaşamaq düşüb boynuna:Bu evdi, küçədi,xəbəri olmaz,Gündüzdü, gecədi,xəbəri olmaz,Gecə qaranlığa, gündüz işığa,Arvada-uşağa, qaba-qasığadişlərinin arasından boylanar.

Dişlərinin arasından ah çəkər,ah çəkib yerinə girər gecələr.

Hərdən yuxusunda şaqqanaq çəkər,hərdən yuxusunda gülər gecələr.

Diksinib yuxudan qalxar arvadı,-O elə güldükcə qorxar arvadı,Oyadar,oyadar,oyada bilməz,Axırda hönkürüb ağlar arvadı.

Ağlamaq səsinə açar gözünü,o yana-bu yana baxar bu kişi.Özü də diksinər öz gülüşündən,dişini dişinə sıxar bu kişi.

Yenə bütün rənglər sönər, qaralar,solar dişlərinin o tərəfində.Bu dünyanın hər şeyi;Şəhəri, küçəsi, evi, eşiyi,Arvadı, uşağı, iti, pişiyiqalar dişlərinin o tərəfində.

Beləcə, beləcəhər gün, hər gecəƏlini bağrının başına sıxıb,Dişini dişinə sıxıb,Dişlərinə qısılıbyaşar bu evin kişisi.

Gündüzlər hamını sancar, acılar,gecələr arabir gülər yuxuda.Bir gecə beləcə baxtı açılarelə gülə-gülə ölər yuxuda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets