Dünya gözə dirənəndə
Dözmək olmur, bıçaq kimiDünya gözə dirənəndə.Yazmaq olmur, söz qələmə,Qələm sözə dirənəndə.
Bu yol yolların ağırı -Çəkəmməzsən ayağını,Üzüb dizdən aşağınıYoxuş dizə dirənəndə.
Bu yolu hamı tək keçdi,Kim keçdisə demək keçdi,Üzməyi öyrənmək keçdiYol dənizə dirənəndə...
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-dunya-goze-direnende
Use ← → keys to move, R for a random poem