Görünmədin bir kimsəyə,Çətin mən də tapım səni.Qanadım yox uçum göyə,Göy üzündə tapım səni.

Bir buludun üstündəmi,Göyə qalxan tüstüdəmi,Məsciddəmi, kilsədəmi,Hansı dində tapım səni?

Mən bu Allahsız ölkədəAzmışam yolu bəlkə də,Hansı dalanda, döngədə,Hansı tində tapım səni?

Kim bilir, necəsən, necə?!Kim bilir, bəlkə bu gecəSən idin qapımdan keçən,Tanımadı qapım səni...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets