Rəsul müəllimlə Nigar xanımın xatirəsinə

dünya öz işində,Gəlişində-gedişində,Gəl ağlayaq yetmişindəSevgilitək ölənlərə.

Ürəyi min cür dərd görüb,Gözü min cür sifət görüb,Gözəl-göyçək ömür sürüb,Gözəl-göyçək ölənlərə.

Keçib kolundan-kosundan,Tikanların arasından,Qan sızdıqca yarasındanƏldə çiçək ölənlərə...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love