Qara-qara qarışqalarkəpənəyi neylədiniz?

Toplaşdınız, top oldunuz,Qanad-qanad qopardınız,Daşıdınız, apardınız,kəpənəyi neylədiniz?

Ayrıldı gün işığından,Sıyrıldı göy qurşağından,Qulağım batdı, tutulduGüllərin qışqırığından,kəpənəyi neylədiniz?

Dərdi düşər ağızlara,Haraylar, çağırar sizi.Nə yedirər, doyuzdurar,Nə qışdan çıxarar sizi,kəpənəyi neylədiniz?!.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets