Dərd dərdi əridir, udur,Dərd dərdin dibinə çökür.Dərd dərdin əlindən tutur,Dərd dərdin ipini çəkir.

Nə uzundu dərdin ipi,Dolanır dörd bir tərəfi,Dünyanın dərdli tərəfiDərdsiz tərəfini çəkir.

Dünyadan bezmir yenə də,Şükür deyib bu günə də,Adam lap öz dərdini dəSevinə-sevinə çəkir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets