Bu dərd köhnədi, uludu,Demə "nəm çəkib, suludu…",Səhra kimi qupqurudu,Göz yaşı da qorxur ondan.

Batmaz canavar dişi də,Bacarmaz heç bir kişi də…Arvadların söyüşü də,Qarğışı da qorxur ondan.

Bu dərdi az tərpət -yatır,Oyanmağa həsrət yatır…Bu qəbirdə bir dərd yatır,Başdaşı da qorxur ondan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets