Gəl, əl-ələ tutub gedək,Gedək biz olmayan yerə.Hər dərdi unudub gedəkDərdimiz olmayan yerə.

Burda qoyaq özümüzü,Bu qırışan üzümüzü,Bu köhnələn sözümüzü,Gedək söz olmayan yerə.

Bir kimsə tutmasın xəbər,Gəl, çıxıb gedək birtəhərBu ev, bu küçə, bu şəhər,Bu dəniz olmayan yerə.

...Atam oğlu, az çapala,Sən deyən çətin tapıla,Bu Ramizi kim apararBu Ramiz olmayan yerə?!.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets