Sevgi hakim olmalı
Harda azad bir ölkə var – o yerləri şənlədənSevgi, məhəbbətdir ancaq, şer ilə həm şairdir.Haqsızlığı hakim edən ədalətsiz qüvvətdir.İnsanlığı odur hər an öksüz kimi inlədən.
Zor, güc hakim olan yerdə çiçəklənməz məhəbbət!Ürək bir nur ocağıdır – qaranlıqdan xoşlanmaz.Ruh ki həyat çırağıdır – sönər, o yerdə yanmaz.Zülmətlə nur bir araya girməz, bu bir həqiqət!
İnsanlığa qüvvət deyil, qoy sevgi hakim olsun!Qara qüvvət bir şam kimi əriyərək qoy sönsün!Lüğətlərdən zülmün adı gərək silinsin bütün!İnsanlığın qəlbi, ruhu sevgilər ilə dolsun!
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-sevgi-hakim-olmali
Use ← → keys to move, R for a random poem
More by this author
Çeşməli yaşıl dağlar,Yazdır, gül, açıl, dağlar.
ŞikayətlərimYenə hər yanda hökm edir zülmət!Yenə söndü o nazənin ülkər!
Vətənə qayıdarkənEy bulanıq Kür, dərə, səhra, çəmən!Bu görünən sənmisən, ah, ey vətən?!
Hər şey köhnəDoğarmı bir yenilik bu hilalın altında?..Bu yer, bu göy, bu günəş köhnə, bu həyat köhnə!
Poems by other poets · Love
Qoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Dünən gecə mənə həmbəzm bir səmənbər idiDünən gecə mənə həmbəzm bir səmənbər idi,Məhi-cəmalı ilə gözlərim münəvvər idi.
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,