Qızım Altunsaça
Zalım əcəl, bağçamdan qopardı şən gülümü,Bahar ikən susdurdu o körpə bülbülümü.Qaraldı gözlərimdə artıq bütün kainat,Nə günəş var mənimçin, nə də dadlı bir həyat.Hər şey gözümdə bir heç, hər yer mənə bir matəm,Sanki dönər başıma laqeyd olan bir aləm.Ey ruhumun çırağı, sürünürəm yarımcan,Ya al məni yanına, ya baş qaldır məzardan.Şən ömrümün günəşi gömüldü şüm torpağa,Baharımın çiçəyi döndü quru yarpağa.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-qizim-altunsaca
Use ← → keys to move, R for a random poem
More by this author
Sevgili Rəmziyyəm!Həştərxana vüsulunuzda yazdığınız məktuba ancaq cavab yaza bildim. Əfv ediniz, həmşirəciyim, sizin müfariqətiniz bilsəniz məni ruhən nə qədər mütəəssir etmiş. Yeganə həmdərdim idin. İndi isə yalqızam. Bir tərəfdən sizin atəşi-müfariqətiniz, o biri tərəfdən daha bu günlərdə zühur edən bir hadisə, məni bir əzabi-əlim içində buraxmış.
VətənEy çeşmimin önündə mücəssəm, vətən, vətən!Qəlbim kimi ələmlərə həmdəm, vətən, vətən!
Bir quşOturmuş nəğməzarında həzin fəryad edər bir quş!Alır gül yarpağından eşq dərsin, dad edər bir quş!
Böyük xadimHəsənbəy Zərdabinin vəfatı münasibətilə*Bu sənmisən, ey dahiyə, ey nəcmi-müzəffər?!
Poems by other poets · Nature and spring
Cumdum genə qəwas tək dəryayə, mən, dəryayə mən,Qı dım nəzər bir lölöyi-laləye mən, laləyə mən.
DüşmüşəmEy gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,
MəndədiƏylən, oğlum, xəbər verim pərli pəkan məndədi,Yüz açar olsa açılmaz, bağlı dükan məndədi,
Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmənEy ağzı qönçə, çöhrəsi gül, xətləri səmən,Zülfi bənəfşə, hüsni çəmən, boyu yasəmən.