زهی آفتابی که از دور دستبه نور تو بینیم در هر چه هست

چراغ ارچه باشد هم از جنس نورجز او را به او دید نتوان ز دور

نه آن شد کله داری پادشاهکه دارد به گنجینه در صد کلاه

کله داری آن شد که بر هر سرینهد هر زمان از کلاه افسری

دماغی که آن در سر آرد غرورز سرها تو کردی به شمشیر دور

چو عالی بود رایت و رای شاههمش بزم فرخ بود هم سپاه

توئی رایت از نصرت آراستهتردد ز رای تو برخاسته

کیان گر گذشتند ازین بزمگاهبه سرسبزی آنک تو داری کلاه

تو امروز بر خلق فرماندهیبه نفس خود از آفرینش بهی

کله‌دار عالم توئی در جهانکه از توست بر سر کلاه مهان

ز کاوس و کیخسرو و کیقبادتوئی بیشدادای به از پیشداد

چو در داد بیشی و پیشیت هستسزد گر شوی بر کیان پیش دست

برآیی برین هفت پیروزه کاخکنی پردهٔ تنگ هستی فراخ

ز کاس نظامی یکی طاس میخوری هم به آیین کاوس کی

ستانی بدان طاس طوسی نوازحق شاهنامه ز محمود باز

دو وارث شمار از دوکان کهنتو را در سخا و مرا در سخن

به وامی که ناداده باشد نخستحق وارث از وارث آید درست

من آن گفته‌ام که آنچنان کس نگفتتو آن کن که آن نیز نتوان نهفت

به گفتن مرا عقل توفیق دادبه خواندن تو را نیز توفیق باد

چو توفیق ما هر دو همره شودسخن را یکی پایه در ده شود

به این گل که ریحان باغ منستدر ایوان تو شب چراغ منست

برآرای مجلس برافروز جامکه جلاب پخته‌ست در خون خام

تو می‌خور بهانه ز در دوردارمرا لب به مهرست معذوردار

به آن جام کارد در اندیشه هوشهمه ساله می‌خوردنت باد نوش

دلت تازه با داو دولت جوانتو بادی جهان را جهان پهلوان

قران تو در گردش روزگارمیفتاد چون چرخ گردان ز کار

بلندیت بادا چو چرخ کبودکه چرخ از بلندی نیاید فرود

دو تیغی‌تر از صبح شمشیر توسپهر از زمین رام‌تر زیر تو

درفشنده تیغت عدو سوز باددرفش کیان از تو فیروز باد

اگر چه من از بهر کاری بزرگفرستادمت یادگاری بزرگ

مبادا ز تو جز تو کس یادگاروزین یادگار این سخن یاددار

Nə gözəl günəşsən, ta uzaqlardanEdirsən bizimçin hər şeyi əyan.

İşıq cinsindəndir hərçənd ki, çıraq,İşıqsız çıraq da görünməz ancaq.

Əsil tacidarlıq, düşün, yaxşı bil,Yüzlərcə tac yığıb saxlamaq deyil.

Hökmüdar odur ki, hər başa müdamMərhəmət göstərib, tac edə ənam.

İnsanı azdıran xəyalları sənBaşlardan qılıncla rədd eləmisən.

Ucalsa bir şahın fikri, bayrağı,Şad olar ordusu, yurdu, torpağı.

Sənin bayrağına bəzəkdir zəfər,Gücünlə yox oldu dərdlər, sitəmlər.

Kəyanlar köçüblər indi dünyadan,Yerləri boş deyil, sənsən hökmüran.

Ölkədə bu xalqa rəhbər oldun sən,Fitrətin gözəldir sənin əzəldən.

İndi bu dünyada sənsən tacidar,Əlinlə tac qoyar başına şahlar.

Çatmaz ədalətdə sənə Pişdad,Keyxosrov, Keykavus, nə də Keyqubad!

Yeddi firuzəli bu qəsrdə sənHaqqa, ədalətə vüsət vermisən.

Bir qədəh mey verir sənə Nizami,Gərək nuş edəsən Keykavus kimi.

Bu tusi qədəhlə Mahmuda bildir"Şahnamə"nin qədri-qiyməti nədir!

İki xəzinənin varisi, hökmən,Səxavətdə sənsən, söz deməkdə mən.

Borc əgər vaxtında ödənilməsə,Qaydadır: varisdən çatar varisə.

Mən elə söz dedim - deməmiş heç kəs,Bir iş gör - olmasın ona heç əvəz.

Mənə əqlim çatıb bu işdə dada,Müvəffəq olasan sən oxumaqda.

yar etsək bu iki gözəl niyyəti,Birə on artacaq sözün qiyməti!

Bağımda reyhandır mənim bu əsər,Sənin eyvanını qəndiltək bəzər.

Məclis qur, bu meylə doldur kasanı,Şöləsi, nəşəsi durultsun qanı.

Sən mey iç, gətirmə heç bir bəhanə,Ağzım möhürlüdür üz vurma mənə.

Damağın çağ olsun, bəxtin də cavan,Cahanda olasan Cahan pəhləvan.

Bu dünya, bu dövran sənə yar olsun,Ruzgarın həmişə xoş ruzgar olsun!

Göylər ülviyyətdən düşməz heç zaman,Sən də göylər kimi uca olasan.

Qılıncın kəskindir gün şöləsindən,Göyü də yer kimi sən ram edibsən.

Parlaq qılıncından məhv olsun yağı,Səndən qüdrət alsın Kəyan bayrağı.

Böyük bir iş üçün, bil, ey hökmüdar,Göndərdim, doğrudur, mən bir yadigar,

Sən özün əbədi bir yadigar qal,Dediyim bu sözü daim yada sal!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets