سر فیلسوفان یونان گروهجواهر چنین آرد از کان کوه

که چون یک ره آن شاه گیتی نوردز گردش به گردون برآورد گرد

به یونان زمین آمد از راه دوروطن گاه پیشینه را داد نور

زرامش سوی دانش آورد رایپژوهش‌گری کرد با رهنمای

دماغ فلک را به اندیشه سفتدر بستگیها گشاد از نهفت

سخن را نشان جست بر رهبریز یونانی و پهلوی و دری

از آن پارسی دفتر خسروانکه بر یاد بودش چو آب روان

ز دیگر زبانهای هر مرز و بومچه از جنس یونان چه از جنس روم

بفرمود تا فیلسوفان همهکنند آن چه دانش بود ترجمه

ز هر در بدانش دری درکشیدوز آن جمله دریائی آمد پدید

صدف چون ز هر گوهری گشت پرپدید آمد از روم دریای در

نخستین طرازی که بست از قیاسکتابیست کان هست گیتی شناس

دگر دفتر رمز روحانیانکزو زنده مانند یونانیان

همان سفر اسکندری کاهل رومبدو نرم کردند آهن چو موم

خبر یافتند از ره کین و مهرکه در هفت گنبد چه دارد سپهر

کنون زان صدفهای گوهر فشانبرون ز انطیاخس نبینی نشان

چنین چند نوباوه عقل و رایپدید آمد از شاه کشور گشای

بدان کاردانی و کارآگهیچو بنشست بر تخت شاهنشهی

اشارت چنان شد ز تخت بلندکه داناست نزدیک ما ارجمند

نجوید کسی بر کسی برتریمگر کز طریق هنر پروری

زهر پایگاهی که والا بودهنرمند را پایهٔ بالا بود

قرار آنچنان شد که نزدیک شاهبدانش بود مرد را پایگاه

چو دولت به دانش روان کرد مهدمهان سوی دانش نمودند جهد

همه رخ به دانش برافروختندز فرزانگان دانش آموختند

ز فرهنگ آن شاه دانش پسندشد آواز یونان به دانش بلند

کنون کان نواحی ورق در نوشتزمان گشت و زو نام دانش نگشت

سر نوبتی گرچه بر چرخ بستبه طاعتگهش بود دایم نشست

نهانخانه‌ای داشتی از ادیمبرو هیچ بندی نه از زرو سیم

یکی خرگه از شوشهٔ سرخ بیددر آن خرگه افشانده خاک سپید

دلش چون شدی سیر ازین دامگاهدر آن خرگه آوردی آرامگاه

نهادی کلاه کیانی ز سربه خدمتگری چست بستی کمر

زدی روی بر روی آن خاک پاکبرآوردی از دل دمی دردناک

ز رفته سپاسی برآراستیبه آینده هم یاریی خواستی

هر آن فتح کاقبالش آورد پیشز فضل خدا دید نزجهد خویش

دعا کردنش بین چه در پرده بودهمانا که شاهی دعا کرده بود

دعا کاید از راه آلودگینیارد مگر مغز پالودگی

چو صافی بود مرد مقصود خواهدعا زود یابد به مقصود راه

سکندر که آن پادشاهی گرفتجهان را بدین نیک راهی گرفت

نه زان غافلان بود کز رود و میبدو نیک را برنگیرند پی

به کس بر جوی جور نگذاشتیجهان را به میزان نگه داشتی

اگر پیره زن بود و گر طفل خردگه داد خواهی بدو راه برد

بدین راستی بود پیمان اوکه شد هفت کشور به فرمان او

به تدبیر کار آگهان دم گشادز کار آگهی کار عالم گشاد

وگر نه یکی ترک رومی کلاهبه هند و به چین کی زدی بارگاه

شنیدم که هر جا که راندی چو کوهنبودی درش خالی از شش گروه

ز پولاد خایان شمشیر زنکمر بسته بودی هزار انجمن

ز افسونگران چند جادوی چستکز ایشان شدی بند هاروت سست

زبان اورانی که وقت شتابکلیچه ربودندی از آفتاب

حکیمان باریک بین بیش از آنکه رنجانم اندیشهٔ خویش از آن

ز پیران زاهد بسی نیک‌مردکه در شب دعائی توانند کرد

به پیغمبران نیز بودش پناهوزین جمله خالی نبودش سپاه

چو کاری گره پیش باز آمدیبه مشکل گشادن نیاز آمدی

ز شش کوکبه صف برآراستیز هر کوکبی یاریی خواستی

به اندازهٔ جهد خود هر کسیدر آن کار یاری نمودی بسی

به چندین رقیبان یاریگرشگشاده شدی آن گره بردرش

به تدبیر پیران بسیار سالبه دستوری اختر نیک فال

چو زین گونه تدبیر ساز آمدیدو اسبه غرض پیشباز آمدی

کجا دشمنی یافتی سخت کوشکه پیچیدی از سخت کوشیش گوش

به پیغام اول زر انداختیبه زر کار خود را چو زر ساختی

اگر دشمن زر بدی دشمنشبه آهن شدی کار چون آهنش

گر آهن نبودی بر آن در کلیدبه افسونگران چاره کردی پدید

گر افسونگر از چاره سرتافتیبه مرد زبان دان فرج یافتی

چو زخم زبان هم نبودی به بندز رای حکیمان شدی بهره‌مند

ز چاره حکیم ار هراسان شدیبه زهد و دعا سختی آسان شدی

گر از زاهدان بودی آن کار بیشبه پیغمبران بردی آن کار پیش

و گر زین همه بیش بودی شماربه ایزد پناهیدی انجام کار

پناهندهٔ بخت بیدار اوشدی یار او ساختی کار او

ز هر عبره کاندر شمار آمدشنمودار عبرت به کار آمدش

ز بزم طرب تاب شغل شکارندیدی به بازیچه در هیچ کار

یکی روز می خوردن آغاز کرددر خرمی بر جهان باز کرد

برامش نشستند رامشگرانکشیدند بزمی کران تا کران

سراینده‌ای بود در بزم شاهکه شه را درو بیش بودی نگاه

وشی جامه‌ای داشتی هفت رنگچو گل تاروپودش برآورده تنگ

تماشای آن جامهٔ نغز بافدل شاه را داده بر وی طواف

بر آن جامهٔ چون گل افروختهز کرباس خام آستر دوخته

خداوند آن جامهٔ نغز کارگران جامه زو تا بسی روزگار

ز بس زخمهٔ دود و تاراج گردوشی پوش را جامه شد سالخورد

چو خندید بر یکدیگر تاروپودسرآینده را آخر آمد سرود

کهن جامه را داد سازی دگروشی زیر کرد آستر برزبر

چو در چشم شاه آمد آن رنگ زشتبدو گفت کی مدبر بدسرشت

چرا پرهٔ سرخ گل ریختیبخار مغیلان در آویختی

حریرت چرا گشت برتن پلاسچه داری شبه پیش گوهر شناس

زمین بوسه داد آن سراینده مردبجان و سرشاه سوگند خورد

که این جامه بود آنکه بود از نخستز بومش دگرگونه نقشی نرست

جز آن نیست کز تو عمل کرده‌امدرون را به بیرون بدل کرده‌ام

خلق بود بیرون نهفتم ز شاهخلق‌تر شدم چون درون یافت راه

شه از پاسخ مرد دستان سرایفروماند سرگشته لختی بجای

از آن پس که خلقان او تازه کردبه خلقش کرم بیش از اندازه کرد

ز گریه بپیچید و در گریه گفتکه پوشیده به راز ما در نهفت

گر از راز ما بر گشایند بندبگیرد جهان در جهان بوی گند

چو از نقش دیبای رومی طرازسر عیبه زینسان گشایند باز

به ار ما درین مجمر نقره پوشچو عود سیه برنداریم جوش

که خوبان به خاکستر عود و بیدکنند از سر خنده دندان سفید

Yunanlı filosof, zəkada nadir,Çıxartdı mədəndən belə cəvahir:

Bir dəfə dünyanı səyahət edənİskəndər keçərək neçə ölkədən,

Gəlib öz yerinə, yurduna çatdı,Doğma vətənini nurla parlatdı.

Ağıl hər bir sirrə yol tapsın deyə.O verdi fikrini elmə, biliyə,

Xəyalı göyləri gəzdi, dolaşdı,Bağlı qapıların sirrini açdı.

Bəyəndi pəhləvi, yunan və dəriDilində yazılmış bir çox əsəri.

Bir də fars dilində şahanə dəftərOlmuşdu dilində su kimi əzbər,

İstər Rum elində, istər Yunanda,Dünya dillərində nə var cahanda.

Buyurdu tərcümə edilsin bütünBilik xəznəsini doldurmaq üçün.

Dürr yığdı elm üçün bir-bir hər yandan.Bunlardan yaratdı böyük bir ümman.

Onun yaratdığı birinci əsərDünyaşünaslıqdan verirdi xəbər.

O biri - ruhani sirlərə açar,Onunla yunanlar əbədi yaşar.

Bir də "İskəndərin qeydləri"dir,Mum kimi yumşalar bununla dəmir.

Kin, qəzəb, mərhəmət nədir - bilərlər,Fələyin sirrindən tutarlar xəbər.

O gövhər kanını yox edib ruzgar,Bircə "İntiyaxis" qalıb yadigar.

Neçə əql övladı nur yaya yaya,O şahın rəyilə gəldi dünyaya.

O böyük, ağıllı, ayıq hökmüdarÖz şahlıq taxtında tutarkən qərar,

Əmr etdi, verildi belə bir fərman:"Alimdir gözümdə ən əziz insan!

Elmlə, hünərlə! - Başqa cür heç kəsHeç kəsə üstünlük eləyə bilməz!

Rütbələr içində seçilir biri -Hamıdan ucadır alimin yeri!"

Belə qərar verdi: yanında ancaqHər kəs öz elmiylə bir yer tutacaq.

Hamı elmə, fənnə elədi rəğbət.Çünki elmə təşviq edirdi dövlət.

Elmə qiymət qoydu böyük hökmüran.Elm ilə ucaldı dünyada Yunan.

Onun tacü təxti indi yoxsa da,Elm ilə məşhurdur bütün dünyada.

Qəsrinin bürcləri göyə dəyərdi,Haqqın cəlalına o, baş əyərdi.

Hücrəsi ziynətsiz, bərsiz-bəzəksiz,Bir dəri üstündə o, çökərdi diz.

Söyüddən qurulmuş sadə bir otaq,Yerliyi ağappaq, tərtəmiz torpaq.

Könlü bu dünyadan doyduğu zamanİbadətxanaya olardı rəvan.

Tacını götürüb, bir xeyli müddətElərdi ürəkdən haqqa ibadət.

Üzünü sürtərək təmiz torpağaBaşlardı tanrıya o yalvarmağa.

Keçmiş günlər üçün şükr eləyərək,Gələcək işlərə dilərdi kömək.

Bütün qazandığı qalibiyyətiSanardı allahın bir inayəti.

Allaha şahanə dua edərdi,Özü də duaya layiq bir ərdi.

Könüldən gəlməyən dua, yaxşı bil,Mənasız bir işdir, ibadət deyil.

Sidq ilə ibadət eləsə insanNaümid qayıtmaz haqq dərgahından.

İskəndər belə bir düz yolla getdi,Odur ki, cahanı tamam fəth etdi.

Qafil şahlar kimi keyfə dalaraq,Yaxşını, yamanı gözündən iraq

Qoymazdı... O, zülmə verməzdi imkan,Saxlardı dünyada daim bir mizan.

Qocalar, cavanlar, uşaqlar üçünAçıqdı qapısı onun bütün gün.

Özünə düzlüyü eləyib şüar,O, yeddi ölkəyə oldu hökmüdar.

Tədbir soruşardı iş bilənlərdən.Odur ki, olmuşdu özü işbilən.

Yoxsa rum papaqlı bir türk nə sayaqÇinə, Hindistana basardı ayaq?

Deyirlər, getsəydi o bir yer üstə,Yanında hazırdı bu altı dəstə:

Minlərcə ən möhkəm, mərd qılıncvuranDurardı əmrində onun hər zaman,

Əfsunda Harutu vurub keçənlər,Neçə əfsun quran, neçə cadugər,

Elə nitqlər ki, dilləri atəş,Heyrandı onlara səmada günəş.

Alim, uzaqgörən hikmətşünaslar,Saysız, hesabsızdı qiymətşünaslar,

Qoca zahidlər də vardı bir qədər,Dua elərdilər onlar gecələr.

Peyğəmbərlərə də gətirib pənah.Almışdı orduya onlardan da şah.

Bir işi düyünə düşsə, hər zamanKömək istəyərdi daim bunlardan.

Bu altı dəstədən məclis qurardı,Onlardan iş üçün tədbir sorardı.

Hər kəs bildiyini açıb deyərək,Ona öz işində edərdi kömək.

Bu qədər köməkçi edib məsləhət.Düyünü açardı onlar, nəhayət.

Yaşlı kişilərin məsləhətilə,Xoştale ulduzun hərəkətilə

Gördüyü tədbirlər düz çıxan zaman,Çatardı məqsədə qadir hökmüran.

Ona rast gələndə bir qatı düşmən,Vuruşda işləri bərkə düşərkən,

Qızılı salardı işə ən əvvəl,Qızıltək eylərdi işi təmiz həll.

Qızıl iş görməsə, iş olsa mahal,Qılınca atardı əlini dərhal

Qılınc etməsəydi bu işə çara,İşi tapşırardı əfsunçulara.

Bir iş görməsəydi onlar da əgər,Köməyə gələrdi onda natiqlər.

Söz də etməsəydi düşmənə təsir,Alimlər yığışıb görərdi tədbir.

Onlar da qalsaydı tədbirdə naçar,Zahidlər allaha yalvarardılar.

Bu da verməsəydi əgər səmərə,Həvalə edərdi peyğəmbərlərə.

İşə gəlməsəydi heç biri hərgah.Haqqa gətirərdi axırda pənah.

Bəxti yar olardı o şaha müdam,İşinə verərdi xeyr ilə əncam.

Keçdiyi yollara edərdi diqqət,Gördüyü şeylərdən alardı ibrət.

Kefdən, əyləncədən ovçuluğadəkHeç şeyə baxmazdı bir oyuncaqtək..

Şah içki məclisi düzəltdi bir gün,Şadlığa qərq etdi dünyanı bütün.

Müğənnilər gəldi, çalanlar gəldi,Ucsuz-bucaqsız bir məclis düzəldi.

Məclisdə bir gözəl oxuyan vardı,Şah ona daima nəzər salardı:

Libası yeddi rəng zərif ipəkdən.Ərişi, arğacı güldən, çiçəkdən,

O qəşəng paltara edib tamaşa,Heyran qalmış idi xanəndəyə şah.

Paltar günəş kimi par-par yanırdı,Ancaq ki, xam bezdən astarı vardı.

O paltar sahibi bir xeyli müddətÖmr etdi, hər yanda qazandı şöhrət.

Soldurdu, toz-torpaq vermədi aman.O zərif paltarı köhnəltdi zaman.

Tikişlər sökülüb, bəndlər boşaldı,Xanəndə oxuyub çalmaqdan qaldı.

Gördü çox köhnədir əynində paltar.Astarı üz etdi, üzü də astar.

Bu bədrəng paltarı şah görən zamanOna acıqlanıb dedi: "Anadan,

Atıb qızılgülün ləçəklərini,Bəzədin tikanla ətəklərini,

Niyə palaz oldu geydiyin ipək?Gövhərşünaslara şəvə nə gərək?"

Xanəndə baş əyib təzim eylədi,Başına, canına and içib dedi:

"Haman o libasdır bu, ey hökmüdar,Diqqətlə nəzər sal, özüdür ki, var.

Dəyişməyib ovda, inan ki, heç nə,Astarı çevrilib ancaq üzünə.

Üzü köhnəlmişdi, gizlətdim mən də,Çünki utanardım şahım görəndə..."

Bu sözlər o şaha eylədi əsər.Heyrətlə dayanıb baxdı bir qədər.

Şaha xoş göründü ondakı xislət,Ona bəxş elədi hədiyyə-xələt.

Söylədi, təsirdən qəhərlənərək:"Sirrimiz gizlində saxlansın gərək!

Bizim iç-üzümüz açılsa əgər,Dünyanı üfunət basar, bürüyər!

Madam ki, o rumi ipək bir rəngmiş.İçdən belə çirkin, üzdən qəşəngmiş,

Gümüş məcməidə gərək biz nahaqBir qara ud kimi coşub daşmayaq.

Ud, söyüd külüylə yoxsa gözəllərDişini ağardıb bizə gülərlər...".

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets