بساز ای مغنی ره دلپسندبر اوتار این ارغنون بلند

Ey müğənni, çal bir könül nəğməsi,Titrətsin göyləri ərğənun səsi.

رهی کان ز محنت رهایی دهدبه تاریک شب روشنایی دهد

Elə bir hava ki, ürəyi açsın,Qaranlıq gecəyə şəfəqlər saçsın!

سخن را نگارندهٔ چرب‌دستبنام سکندر چنین نقش بست

Gözəl söz nəqqaşı məharət iləİskəndər adını nəqş etmiş belə:

که صاحب دوقرنش بدان بود نامکه بر مشرق و مغرب آوردگام

"İki qərn sahibi" qoymuş namını,Çünki Şərqdən, Qərbdən almış kamını.

به قول دگر آنکه بر جای جمدو دستی زدی تیغ چون صبح‌دم

Deyirlər ki, qoşa hörüyü varmış,Onu kürəyinə daim atarmış.

به قول دگر کاو بسی چیده داشتدو گیسو پس و پیش پیچیده داشت

Deyirlər, görübmüş bir belə röya,Gündən iki qərni alıbmış guya.

همان قول دیگر که در وقت خوابدو قرن فلک بستد از آفتاب

Başqa rəvayətdə deyirlər yenə:İskəndər yaşamış iki qərinə.

دگر داستانی زد آموزگارکه عمرش دو قرن آمد از روزگار

Dünya filosofu Əbu Məşər də"Üluf" ad qoyduğu məşhur əsərdə

دگر گونه گوید جهان فیلسوفابومعشر اندر کتاب الوف

Yazır ki: "İskəndər öldüyü zaman.Bu böyük itkidən çox qəmgin olan

که چون بر سکندر سرآمد زمانبود آن خلل خلق را در گمان

Yunanlar onu çox sevdiklərindən,Çəkdilər kağıza şəklini həmən.

ز مهرش که یونانیان داشتندبه کاغذ برش نقش بنگاشتند

Onun surətini nəqş edən rəssamŞəkli layiqiylə eyləyib tamam,

چو بر جای خود کلک صورتگرشبرآراست آرایشی در خورش

Çəkibmiş yanında bir cüt də heykəl.Sağ yanda bir gözəl, solda bir gözəl.

دو نقش دگر بست پیکر نگاریکی بر یمین و یکی بر یسار

Heykəlin başında bir cüt də qəşəngBuynuzlar çəkibmiş rəssam rəngbərəng.

دو قرن از سر هیکل انگیختهبر او لاجورد و زر آمیخته

Bunları görərək bir heyətşünas,Bir cüt mələk ilə edibmiş qiyas.

لقب کردشان مرد هیأت‌شناسدو فرخ فرشته ز روی قیاس

Vücud xəlq edəndə çünki allah daMələklər oturdar iki yanında.

که در پیکری که‌ایزد آراستشفرشته بود بر چپ و راستش

Ay üzlü İskəndər gözəlmiş əslən,Daha gözəlləşmiş bu şəkillərdən.

چو آن هر سه پیکر بدان دلیریکه برد از دو پیکر بهی پیکری

Paylanmış bu şəkil bütün ellərə,Onun şöhrətini yaymış hər yerə.

ز یونان به دیگر سواد افتادحدیث سکندر بدو کرد یاد

Bu şəkli seyr edən hər el, hər diyarRumlu ustadları alqışlamışlar.

ثنا رفت از ایشان به هر مرز و بومبر آرایش دستکاران روم

Ərəblər bu şəkli seyr eləyərkənDəyişik salmışlar onları səhvən.

عرب چون بدان دیده بگماشتندسکندر دگر صورت انگاشتند

İskəndər bilmişlər o gündən bəriBuynuzlu çəkilmiş məlakələri.

گمان بودشان کانچه قرنش دراستنه فرخ فرشته که اسکندر است

Odur ki, şübhəyə düşmüş ərəblər,"Zülqərneyn" ləqəbi almış İskəndər".

از این روی در شبهت افتاده‌اندکه صاحب دو قرنش لقب داده‌اند

Başqa bir bilici deyir ki, onunQulaqları varmış həddindən uzun.

جز این گفت با من خداوند هوشکه بیرون از اندازه بودش دو گوش

Dürdən taca bənzər qınları varmış.İki qulağına o qın taxarmış.

بر آن گوش چون تاج انگیختهز زر داشتی طوقی آویخته

Onları xəzinə kimi güdərək,Möhkəm gizlədərmiş bir xəzinətək.

ز زر گوش را گنجدان داشتیچو گنجش ز مردم نهان داشتی

Başını qırxan bir qulundan qeyriKimsənin bu sirdən yoxmuş xəbəri.

بجز سرتراشی که بودش غلامسوی گوش او کس نکردی پیام

Ancaq ki, həmin qul öldüyü zamanİskəndər tapdı bir özgə başqırxan.

مگر کان غلام از جهان درگذشتبه دیگر تراشنده محتاج گشت

Şahın hüzurunda təzim edərək,Başladı saçını qırxmağa dəllək.

تراشنده استادی آمد فرازبه پوشیدگی موی او کرد باز

Xəlvətdə saçını qırxıb qurtarcaq,Şah ona yavaşdan dedi: "Bura bax.

چو موی از سر مرزبان باز کردبدو مرزبان نرمک آواز کرد

Bilsəm, qulaqların sirrini əgərEşidib dünyada səndən bir nəfər,

که گر راز این گوش پیرایه پوشبه گوش آورم کاورد کس به گوش

Bir qulaqburması gələrəm sənə,Daha sirr açmazsan bir özgəsinə".

چنانت دهم گوشمال نفسکه نا گفتنی را نگویی به کس

Bunu qulağında o sırğa etdi,Yaxın dostlardan da sirri gizlətdi.

شد آن مرد و آن حلقه در گوش کردسخن نی زبان را فراموش کرد

Bu sözü kimsəyə əsla açmadan,Saxladı küfrtək könlündə pünhan.

نگفت این سخن با کسی در جهانچو کفرش همی‌داشت در دل نهان

Bu sirrin dərdindən saraldı ancaq,Çünki çox çətindir sirri saxlamaq.

ز پوشیدن راز شد روی‌زردکه پوشیده رازی دل آرد به درد

Bir gün bərk darıxdı, çölə üz qoydu,Gördü ki, çöldə var dərin bir quyu.

یکی روز پنهان برون شد ز کاخز دل‌تنگی آمد به دشتی فراخ

Dərdini quyuya eylədi izhar:"İskəndərin uzun qulaqları var!"

به بیغوله‌ای دید چاهی شگرففکند آن سخن را در آن چاه ژرف

Qəlbinin o yanar atəşi söndü,Ürəyi dincəldi, evinə döndü.

که شاه جهان را درازست گوشچو گفت این سخن دل تهی شد ز جوش

Yenə də sirrini saxladı möhkəm,Ağzının möhrünü açmadı bir dəm.

سوی خانه آمد به آهستگینگه داشت مهر زبان بستگی

Bu işdən keçmədi o qədər zaman,Bir qamış göyərdi həmin quyudan.

خنیده چنین شد کزان چاه چستبر آهنگ آن ناله نالی برست

Bu qamış böyüdü, xeyli boy atdı,Əlini o gizlin sirrə uzatdı.

ز چه سربرآورد و بالا کشیدهمان دست دزدی به کالا کشید

Bir gün də bir çoban ordan keçəndə,Gördü o qamışı quyu içində.

شبانی بیابانی آمد ز راهنی‌یی دید بر رسته از قعر چاه

Əyilib qamışı kəsərək çoban,Doğrayıb bir tütək qayırdı ondan.

به رسم شبانان از او پیشه ساختنخستش بزد زخم و آنگه نواخت

Qəm-qüssə bilmədən onu çalırdı,Tütəyi çaldıqca ləzzət alırdı.

دل خود در اندیشه نگذاشتیبه آن نی دل خویش خوش داشتی

Bir gün o səhraya çıxdı padişah,Uzaqda bir çoban göründü nagah,

برون رفته بد شاه روزی به دشتدر آن دشت بر مرد چوپان گذشت

Çobanın çaldığı neyi eşitdi,Çölləri üstünə qalxmış zənn etdi.

نی‌یی دید کز دور می‌زد شبانشد آن مرز شوریده بر مرزبان

Çünki neyin səsi deyirdi aşkar:"İskəndərin uzun qulaqları var!.."

چنان بود در نالهٔ نی به رازکه دارد سکندر دو گوش دراز

O, neyin səsindən od tutub yandı,Muma döndərərdi hirsi poladı.

در آن داوری ساعتی پی فشردبر آهنگ سامان او پی نبرد

Toxtayıb yerində durdu bir qədər.Sonra səsə sarı getdi İskəndər.

شبان را به خود خواند و پرسید رازشبان راز آن نی بدو گفت باز

Çağırıb çobanı soruşdu ondan,Tütəyin sirrini danışdı çoban:

که این نی ز چاهی برآمد بلندکه شیرین‌ترست از نیستان قند

"Gördüm ki, bitib bu qamış quyuda,Şəkər qamışıtək, şirin bir suda.

به زخم خودش کردم از زخم پاکنشد زخمه‌زن تا نشد زخمناک

Mən kəsib doğradım öz əlim ilə,Kəsilməsəydi o, gəlməzdi dilə.

در او جان نه و عشق جان منستبدین بی‌زبانی زبان منست

Cansızdır, onunla qızır bədənim.Dilsizdir, ancaq ki, dilimdir mənim..."

شگفت آمد این داستان شاه رابسر برد سوی وطن راه را

Şahı çox heyrətə saldı bu dastan,Dönüb vətəninə qayıtdı ordan.

چو بنشست خلوت فرستاد کستراشنده را سوی خود خواند و بس

Xəlvətdə oturub o, fərman verdi,Dəlləyin dalınca adam göndərdi.

بدو گفت کای مرد آهسته‌رایسخن‌های سربسته را سرگشای

Söylədi ona ki: "Tez elə bəyan,De görüm, bu sirri kimə açıbsan?

که راز مرا با که پرداختی‌؟سخن را به گوش که انداختی‌؟

De görüm, nə cürə eləyib hünərBu sirri özgəyə veribsən xəbər?

اگر گفتی‌، آزادی از تند میغوگرنه سرت را برَد سیل تیغ

Səni bağışlaram düzünü desən,Boynunu vurdurram yalan söyləsən!.."

تراشنده کاین داستان را شنیدبه از راست گفتن جوابی ندید

Şahın sözlərini eşidib dəllək,Gördü ki, düzünü söyləsin gərək.

نخستین به نوک مژه راه رفتدعا کرد و با آن دعا کرده گفت

Əvvəl yeri öpüb səcdə eylədi,Sonra padişaha belə söylədi:

که چون شاه با من چنان کرد عهدکه برقع کشم بر عروسان مهد

"Doğrudur, şah mənə vermişdi fərman,Saxlayım hamıdan bu sirri pünhan.

ازان راز پنهان دلم سفته شدحکایت به چاهی فرو گفته شد

Ancaq davam edə bilmədiyimdən.Təkcə bir quyuya açdım sirri mən.

نگفتم جز این با کس ای نیک‌رایوگر گفته‌ام باد خصمم خدای

Başqa heç kimsəyə demədim, ey şah,Yalansa, qənimim olsun qoy allah!.."

چو شه دید راز جگر سفت اودرستی طلب کرد بر گفت او

Şah gördü ki, dəllək doğru söz dedi.O düzlük istədi, bu da düz dedi.

بفرمود کارد رقیبی شگرفنیی ناله پرورد ازان چاه ژرف

Qullardan birinə buyurdu bu an,Bir qamış gətirtdi həmin quyudan,

چو در پرده نی نفس یافت راههمان راز پوشیده بشنید شاه

Təzə tütəyə də dəyəndə nəfəs,Şahın qulağına gəldi həmin səs.

شد آگه که در عرض‌گاه جهاننهفتیدهٔ کس نماند نهان

Bildi ki, heç sirri saxlamaz nihan,Hamının sirrini açar bu cahan!

به نیکی سراینده را یاد کردشد آزاد و از تیغش آزاد کرد

Allahı xeyr ilə eyləyərək yadDəlləyi qılıncdan elədi azad.

چنان دان که از غنچهٔ لعل و درشکوفه کند هر چه آن گشت پر

Üzünü örtməsin qönçə, nahaqdır,Gec-tez ləl yanağı açılacaqdır.

بخاری که در سنگ خارا شودسرانجام کار آشکارا شود

Qara daş içində gizlənən buxarAxır ki, olacaq bir gün aşikar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets