Bahar çiçəkləri
Bahardır... gün dəyir, yer nəfəs alır,Ötür həzin-həzin meşədə quşlar.Gözlərim bir səmtə dikilib qalır,Düşür xəyalıma dalğın baxışlar...
Deyirəm, görəsən, əziz dilbərimHardadır, necədir, məni anırmı?Üstümə nur səpən parlaq ülkərimBaşımın üstündə yenə yanırmı?
Qaydadır, dost-dosta, tanış-tanışaƏrmağan göndərər bayram günləri;Mənim də ürəyim dönməmiş daşa,Bir an unutmadım, səni, ay pəri!
Ancaq, burda tanklar, maşınlar, toplar,Bol mərmi yığını, patron qalağı...Dilbərim, özün de... de, burda nə var,Sənə nə göndərim bayram qabağı?..
Budur, səngərimin önündə erkənBahar çiçəkləri gözünü açmış,Lakin mərmilərin ağır zəhmindənOnların gül rəngi bir azca qalmış...
Gözəlim! Sən nə küs, nə inci məndən,Neyləyim, münasib bildiyim budurYazmasam da özün hiss edəcəksən:Bunlar ətirdən çox, barıt qoxuyur.
Layiq bilməsəm də, həvəslə dərdim,Küsmə, göz bəbəyim, küsmə amandır!..Qoyub məktubuma sənə göndərdim,Qəbul et, cəbhədən bir ərməğandır...
Vətənim al geyir indi sərbəsər,Göy şamlar bürüyür sahili yenə...
Bəzənib çıxacaq qızlar, gəlinlərSevimli Xəzərin axşam seyrinə.
Ürəklər şad, xürrəm üzlər gülər, şənƏl-ələ, qol-qola gəzəndə hamı,İpək donlarını tezcə gey, bəzən,Sən də sahilə çıx bayram axşamı.
Nə edim, bir ildə üç ay yaz olur,Mümkünmü üç saat səni unutmaq?..Heyif, çiçəklərin ömrü az olur,Sənə çatanacan bəlkə solacaq.
Ah, bilsən necə xoş gələrdi mənə,Bir müjdə olsaydı bunlar vüsala...Barı, bu gülləri asıb köksünə,Əziz bayram günü məni xatırla!
Kim desə – yaraşmır bunlar, ay pəri;Utanma, sıxılma, iftixarla sən.De, solğun olsa da, bu çiçəkləriNişanlım göndərib mənə cəbhədən...Bakı, 1945
Kitabxana.az · https://kitabxana.az/en/works/osman-sarivelli-bahar-cicekleri
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Bəs gülümüz hardadır,Deyin, dostlar, aşnalar,
Mürəbbə: Bir ala gözlünü sevdi könülBir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
9 martCəmo Cəbrayılbəyliyə*Ey sevgili yavərim Cəmobəy!
Qəmginsən nədətı? Söylə, dildar bircə gülQəmginsən nədətı? Söylə, dildar bircə gül,Yetmiş bahar, bir de, danış, yar, bircə gül.