Gedirsən: yaxşı yol!Bir-iki qoyluqqara torpaq gətir,kənddən gələndə.Əvəzində onunmən də

Minnətdarlıqla sizə,Bir şeir yazaramdoğma kəndimizə.Güllərimin torpağıyaman azalıb, – dedim,Dibçəklərin dibindəcəqalıb, – dedim.– Nə qədər torpaq gərəkdir,Sizin güllərə, çiçəklərəBir vaqon bəsdirmi? –deyib, güldü qonaq.– Yox, – dedim –bir tabaq,bircə çanaq,qara torpaq,Yola saldım, getdi qonaq...Torpaq!Bircə tabaq!Bircə çanaq –qara torpaq!Bir görNə günə qalmısan, şair!Bircə çanaq qara torpaq?Fikirlərbaşımı yordu bu axşam...Gör, yerdən, – dedim –Nə qədər uzaqlaşmışam,uzaqlaşmışam!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland