Yenə nə durursan pəhləvan kimi,Çirməyib qolunu mərdanə, dağlar!Könül yenə bəhri-bipayan kimiSəslənir çalxana-çalxana, dağlar!

Mən çox istərdim ki, sənin heç zamanÖrtməsin o dilbər hüsnünü duman.Elin zərərindən mənfəət umanBoyansın, demişəm, al qana, dağlar!

Zirvəndəki söyüd göylərə çatır,Kölgəsində yorğun yolçular yatır;Maralın, ceyranın min işvə satır,Su göndər bu yerdə yanana, dağlar!

Çox gözəl olursan ellər köçəndə,Suyundan gəlinlər, qızlar içəndə;Qıy vurub tərlanın yel tək keçəndə,Bir vəlvələ düşər hər yana, dağlar!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland