Alapalaz oğlu
Deyirlər Şuşada bir vaxt yaşarmışAlapalaz oğlu – nadir oxuyan.Deyirlər ki, şərqdə şöhrəti varmış,Mədinəsi tarmış, Məkkəsi kaman.
Belə deyirlər ki, BibiheybətdəO, sakit gecələr oxuyan zamanBizim bu möhtəşəm Qız qalasınınYanında, sahildə, kiçik həyətdəİlahi səsinə qalaraq heyran,Dinlərmişlər onu.
Böyük istedadÖtüb, eləyərmiş ürəkləri şad.O, çox məclislərə zinət olarmış,Ömrünü verdiyi sənət olarmış...Onun yazmasam da mən, həyatını,Yazıram İranda başına gəlmişBir xan evindəki əhvalatını:Məclis yaratmışdı xan, bağ içində,Gül ətir saçanda yarpaq içində,Xəbər tutan kimi demişlər xanaAlapalaz oğlu gəlib İrana.Bizim el oğluna göstərib hörmət,Etmiş məclisinə xan onu dəvət.Coşanda duyğular, qaynayanda hiss,Bütün şiddətilə qızanda məclisXan demiş: Görürəm növbə sənindi,Alapalaz oğlu, dilə gəl indi!Bu gün daş, divar da başlamış kefə...Xanəndə üz tutub məclis tərəfə:– Bağışlayın məni...– Oxuyacaqsan!– Hali-pərişanam, pejmürdəyəm, xan!– Mənim məclisimdə, ziyafət çağı?!– Xeyr.Xanın səsi bürüdü bağı:– Bir “Müxalif oxu!” gələr xələtin.(Bu sayaq bilindi qədri sənətin.)– Oxu!Xanəndəmiz əsla dinmədi.– Əlli qızıl verrəm. O, sevinmədi.Pula satılmayır həqiqi sənət.Dalğalanıb, coşdu xandakı hiddət!– Fərraş!Tez gəldilər, əl üstündə əl.Söylədi:– Sözümə etməyir əməl;Demək eləməyir ehtiram xana,Əlli çubuq vurun bu qudurğana...Dərhal köynəyini soyundurdular,Onu üzüquylu yıxdılar yerə,Çubuq dalısınca çubuq vurdular,Dözdü sənət oğlu bu zərbələrə,Vurdular...Xanəndə qımıldanmadı.Vurdular...Halına zalım yanmadı.Çubuqlar kürəkdə yaratdı zolaq.Razı qalsın deyə xan, neçə yaltaqHiyləgərcəsinə gülümsədi də,“Bəli, öz əcridir, çəksin” dedi də.Vurdular... Xanəndə boyandı qana,Görüm yerə girsin alçaq zamana.Kin, qəzəb qəhr etdi xanı az qala,Təəccüb elədi, baxıb bu halaMat qaldı “o necə insandır, – deyə –Aman istəməyir heç mədən niyə?”
Bir kilim üstünə qoydular onu –Mənim vətənimin əziz oğlunuMəclisdən götürüb aparan zamanZorla gəlib dilə söylədi ki– Xan,Sən əmr eləyəndə yoxdu həvəsim,Sandım ki, heç zaman olmayıb səsim.Qubarlıydım azca, süstdüm bir qədər,Yaltaqlar, ilhamı dərk etməyənlərQızdırdılar səni, durub yanında,Demədilər, axı oxuyanın daQəlbi var, hissi var, möhnəti də var,Daşdan yaranmayıb, axı sənətkar.Həvəsi yoxdursa möhlət ver bir az,Axı sənətkara zor gəlmək olmaz.
Sən bunu duymadın, əmr etdin: “Oxu!”Bir yerə sığmayır sənətlə, qorxu.Mənsə oxumadım... hələlik sağam,Xan, indi, bax, indi oxuyacağam...Zor-güclə bir “Zabul” başladı pəsdən.Bu həzin, bu qəmli, bu dərdli səsdənXan kiçildi yaman, balacalandı...Apardılar bizim vətən oğlunu;Göylərin çırağı alışdı, yandı,“Segah” kəsilmədi...Söyləyim bunu:Belə deyirlər ki, o vaxtdan bəriBəzən axşam üstü “Segah” səsləriO bağ ətrafında ucalır göyə,“Alapalaz oğlu yaşayır” deyə.24 sentyabr 1965
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-alapalaz-oglu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
{| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
Xoş xəbərdimiAğrın alım, namə, söylə eşidim,Bizə gətirdiyin xoş xəbərdimi?
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,