Yalan ha deyil
Dedim: gəl çıxmayaq uca dağlara,Dedi: qorxma-qorxma, duman ha deyil!Dedim: kirpiklərin tökdü qanımı,Dedi ki, qaşlarım kaman ha deyil!
Dedim: gül dərmişəm eşqin bağından,Dedi: keçməmisən Sənan dağından,Dedim: şamamanı dərrəm tağından,Dedi ki, nə olub, talan ha deyil!
Dedim: doymamışam şəhdü-şəkərdən,Dedi: var xəbərim bu son xəbərdən.Dedim: işıqlıdır könlün səhərdən,Dedi: başqa sayıq olan ha deyil...
Dedim: sevdamızı el, mahal bilir.Dedi: kim bu eşqi qeylü-qal bilir?Dedim: dodağını Rahim bal bilir,Dedi ki, doğrudur, yalan ha deyil...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-yalan-ha-deyil
Use ← → keys to move, R for a random poem
More by this author
Yan, tonqalım, ətrafa alovlanıb işıq sal,Gözəl şüarımızdır birlik, internasyonal.
Mən niyə baxdımBiz qol-qola kinoya, tamaşaya getmədik,Nə şirin sözlərini, nə tənəni eşitdim.
Səni düşünürəmYaylaq şeriSəni düşünürəm, sevimli dilbər,
Qara rəng və qara gözlərBizim ellər sevməmiş əzəl gündən qaranı,Vurmuşlar bu rəng ilə həmişəlik aranı.
Poems by other poets · Love
Ey ağalar, məni neçin qmarsız?Eyləsə dərdimə bıı dərman elər.
Anamın südüdürSevgili dilimdir mənim sevgilim,Dilimdə anamın südüdür dilim.
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
SevdiyimRuşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.