Biz qol-qola kinoya, tamaşaya getmədik,Nə şirin sözlərini, nə tənəni eşitdim.Bircə yol belə olsun görüş təyin etmədik,Nə sən məni dinlədin, nə mən səni eşitdim.

Üzbəüz gələn zaman ilk dəfə səhər-səhərMən sənə baxdım oğrun, sən mənə saldın nəzər.Bəlkə də baxışların soruşdu niyə baxdım?Qoy deyim, sevimli qız,Sənin üzündə yalnız:Gözəlliyə, bahara, şirin gəncliyə baxdım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets