Düşüncə
Deyirəm: göylərə daldıqca bəzən,Nurlu bir ulduza çevrilərək mənO geniş dünyada parıldasaydım!
Gah da söyləyirəm: ceyranlar içən,Güllü bağçaların içindən keçənSərin çeşmə kimi şırıldasaydım!
Deyirəm: dönəydim al mərcanlara,Dost olaydım şirin – gözəl canlara,Məskənim sinələr – ağ gümüş kimi.
Çevriləydim gülə, qoparaydılar,Bir qıza ərmağan aparaydılar,Açılaydım təzə bir gülüş kimi.
Hər təzə eyvana baxıb keçəndəDeyirəm: evlərə bir daş olaydım;Qızların eşqinə sirdaş olaydım.
Ya ellər yaylağa varıb köçəndə,Dönüb gül aşiqi ötən bir quşa,Yolların üstündə qonaydım daşa.
Bəzən üfüqlərə baxıb dalınca,Bir gözəl səhnədən ilham alıncaDeyirəm: nə həsəd, nə şöhrət, ancaqŞairi yaşadan əsər olacaq!
Ürəkdə qalmasın sözüm, qoy deyim,Mənim dünyamızda budur diləyim:Tərənnüm eləyim yurdu varımla.
Gəl, çıxaq dağlara gəzişək, dalaq,Dövranımız kimi bəxtiyar olaqSən öz nişanlınla, mən öz yarımla.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-dusunce
Use ← → keys to move, R for a random poem
More by this author
Bir dost soruşdu məndən: “Nə üçün tək gəzirsən:Olmuya ki, bağçada birinə müntəzirsən?”
Üzüm yığan qızSəhər-səhər tənəkdən təzə üzüm dərmisən,Doldurub yeşiklərə, Bakıya göndərmisən.
GəlsinQurduğum məclisə istəyim budur:Kimdə varsa vəfa, sədaqət, gəlsin.
Məhəbbətin gətirdiSadə qız, bir ay olar xam torpağa gəlmişik,Yuxusundan çölləri oyatmağa gəlmişik.
Poems by other poets · Nature and spring
تو مپندار که او مستی ازین می دارد
Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmənEy ağzı qönçə, çöhrəsi gül, xətləri səmən,Zülfi bənəfşə, hüsni çəmən, boyu yasəmən.
Nabran(Nəğmə)*Adı dünya şöhrətli,
Cəfərqulu xanın vəfatı münasibətilə təziyənaməƏfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.