Bir dost soruşdu məndən: “Nə üçün tək gəzirsən:Olmuya ki, bağçada birinə müntəzirsən?”Dedim: tək deyiləm, yox, xiyabanda, qol-qolaDolaşıram baharla. Dedi: uğurlar ola...Göstərdi bahar mənə ayılan təbiəti,Dedim: belə oyanır gəncliyin məhəbbəti.Bahar dedi: zərifdir tumurcuqlar gör necə.Söylədim: gəlinlərin incə gülüşü kimi.Dedi: o güllərə bax, qar kimi nə ağarır!Dedim: mərmər sinəli qızların döşü kimi.Bahar dedi: budaqlar gör necə açır çiçək.Dedim: yetkin qızların incə yanaqları tək.Dedi: ah, nə gözəldir torpağın oyanması!Dedim: bəli, ən incə, şirin əməllər kimi.Nə mahir nəğməkardır axar sular – söylədi?Dedim: seyrana çıxmış yosma gözəllər kimi.Dedi: səhər gözünü xumar-xumar açır, bax!Dedim: yarım yuxudan şirin oyanan kimi.Dedi: günəş nə yanır! Dedim: mənim qəlbimdəSaf məhəbbət, sədaqət od tutub yanan kimi...Bahar ilə qol-qola şən insanlar içində,Belə söhbət elədik xiyabanlar içində.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring