Sən məni çox güman ki, yadına salmayırsan,Mənsə unutmayıram səni bircə an belə.Üzbəüz gələn zaman vecinə almayırsan,Mən səni axtarıram baxıb hər yoldan belə.

Sən ötürsən yanımdan dağların çeşməsi tək.Mən alova çevrilən qırmızı köz oluram.Sən yollanıb gedirsən fikir də verməyərəkBütün varlığımla mən baxmağa göz oluram.

Mən səni xoşlayıram ən gözəl şeir kimi,Görürəm camalını, mənə görünməsən də.Arabir dayanıram, səni dinləyir kimiXəyalınla söhbətə girirəm, dinməsən də.

Sən bəlkə çox mehriban, şirindilli gözəlsən,Əzizlərin şirnini içəli bir həftə var.Bunu bilmədiyimdən günah işləyərək mənDeyirəm ki, qaydadır, gözəllər məğrur olar.

Subaysan, insafa gəl, bizimlə bir din, danış.Nişanlısansa əgər, xoşbəxt ol, budur sözüm.Sabah da rast gələrsəm cürətlə olub tanışSəndən bu sualları soruşacağam özüm...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets