Gəmilər! Zaman-zaman üzdünüz gur sularda,Sizinlə qanad açdı sevimli arzular da.

Sizinlə seyrə çıxdı mehriban sevişənlər,Göyərtənizdən gözəl yaylaqlara düşənlər.

Üstünüzdə qar kimi qağayılar göründü.Ulduzlar dövrənizdə gecələr pula döndü.

Biriniz benzin dolu yeridi Həştərxana,Biriniz qənd apardı Ənzəliyə, Zəncana.

Təpənizdən neçə qış dolu vurdu, tökdü qar,Aşdı göyərtənizdən qoşun çəkən dalğalar.

Süzdünüz əzəmətlə, gəzdiniz iftixarla,Limanlara gəldiniz ehtişamla, vüqarla.

Yaşınızı bilmirəm, xeyli qanad çaldınız,Namusla ömr eləyib, şərəflə qocaldınız.

Dediniz: “Artıq bizi Xəzərdən çıxararlar,Ocaqda yandırmağa taxtamızı yararlar.

Ötüşdü coşqun illər, düşdük əldən, ayaqdan,Dumanların içindən yol göstərən mayakdan.

Gecələr üstümüzə düşməyəcəkdir işıq;Əcəl hökmünü vermiş, son çağımızdır artıq”

Lakin belə olmadı, həmdəmsiniz dənizə,Neftçilər tədbir töküb həyat verdilər sizə.

Dəniz mədənlərində bir ailə qurdunuz,Sularda, buruqların keşiyində durdunuz.

Əyləşən gündən sayaTufanlara döş gərib oldunuz mətin qaya.

İndi qucağınızdan gecələr işıq gəlir,Yenə göyərtənizdən insan səsi yüksəlir.

Yenə qucağınızda həyat əsəri vardır,Gəmilər! Həmdəminiz yenə mavi sulardır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets