Aparır
Alim Şamonun əzizxatirəsinə ithaf edirəm.
Əsir zəhərli yel çiçəyə, gülə;Nərgizi, laləni ruzgar aparır.Əcəl oylağıma çıxmışdır ova,Yuvamı dağıdır, şikar aparır.
Soldu, xəzəl oldu ətirli gülüm;Dağ üstən dağ görüb bəlalı könlüm.Haray, a dostlarım, bu namərd ölümÖmür çəmənimdən bahar aparır.
Yoxdur olacağa dünyada çara,Azmı ürəklərə vurulur yara?Süleyman, bərk dayan, şaxta bağlaraGələndə çox zaman nə var aparır.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-aparir
Use ← → keys to move, R for a random poem
More by this author
Bu dünyada sevməyənlər ölüdür,Çox şirindir əhdi-peyman sevgilim!
Ağacların şikayətiMən dolanıb yorğun-arğınSeyr etdiyim yaşıl bağdır;
Qara daşın həsrətiBir qara daş vardı yol qırağındaİlin qış çağında, bahar çağında
O mənim yanımdadırBu il biz ayrı düşdük, yar məndən uzaqdadırBəlkə gözəl Bakıda, bəlkə Qarabağdadır?!