Köçəri quşlar
Quşlar, köçəri quşlar!Niyə tərk edirsinizBizim bu yeri, quşlar?!Qalxaraq asimana,Uçursunuz hayana?
Quşlar, köçəri quşlar,Şimalda yağırsa qar,Cənubumuz ilıqdır.Bəs, bu nə ayrılıqdır?Qoynu istidir yerin,Tək eşqilə göylərinMurada yetməyiniz.Təkcə göyün qoynundaHəvəslə ötməyiniz.İnsanlar yeri sevir,Bəzək olub torpağa,Geniş göyləri sevir.Siz dəxi onlar kimi,Təmiz insanlar kimiSevin bir yeri, quşlar!Yurdsuz, köçəri quşlar!..
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-koceri-quslar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Nəcib arzularla doludur könül,Daha qəmxanələr ocağım deyil.
Naləvü-əfğan eyləDəli könül, qalx ayağa, məclisi alşan eylə.Bülbül kimi gül eşqinə naləvü-əfğan eylə.
MənəGün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,
Dərdimə dərman qılan ol gözləri şəhla imişDərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.