Restoranda
– Dayan, girmə içəri!Gəlmə restoranıma, tez ol qayıt, dön geri.– Niyə?– Rəngin qaradır.– Mən ərəbəm.– Əzizim, rəğbətim ağlaradır.Ancaq elə sanma ki, ərəblərlə qanlıyam,Mən də bu torpaqdanam, özüm də livanlıyam.– Eləysə bəs ərəbə bu kin, bu ikrah nədir?– Yox təqsirim bu işdə, günahkar zəmanədir.Neyləyim ki, taleyin xeyli ayaqyalındır,Rəngin qara, sallanan dodaqların qalındır?Xaricilər nə bilsin ki, sən ərəb gəncisən,Ağlar bağıracaqlar ki, qarasan, zəncisən.Deyəcəklər buraya ayaq basıbdır nədən?Serlərə, misterlərə nə söyləyim onda mən?Bax, sahildə görürsən varlı gəlmə ağları,Onlara nəğmə deyir suların dodaqları.Çimirlər, gülüşürlər.Dəstə-dəstə suların qucağına düşürlər.Sərələnib qumlara bir az dincələcəklər,Sonra bura yeməyə, içməyə gələcəklər.Səni görmüş olsalar, onda mənimki bitdi,Qazancımın açarı düşüb qumlarda itdi.Artıq yeməkxanama bircə əcnəbi girməz,Ağalar bu salona bircə xanım gətirməz.Çıx get!– Axı mən acam, suzundan da yanıram.– Heç nə edə bilmərəm.– Anlayıram, qanıram.Baş əy bu adətinə,Qazanc sövq edir səni vicdan ticarətinə.Səndə yox ərəb qanı.– Oğul, höcət nə gərək, tərk et yeməkxananı.Cibində xeyli dinar ərəb oğlu qaldı ac.Çıxıb getdi naillac.Keçdi bir park yanından, o park gəlmələrindi,Təntənəli saraydan musiqi səsi dindi,Yüksəldi pərdə-pərdə,Ağlarındı o yer də.Var xəstəxanaları, xüsusi məktəbləri,Götürməzlər oraya heç sayaq ərəbləri.Bax, sahil nə genişdir.Göydən yerə od yağır.Fəqət çimə bilməsən ağların arasında,Yuyun sən ömrün boyu bircə qəm dəryasında...Yollandı ağır-ağır,Onun dərdi böyükdü yurdunun dağlarındanSırğa kimi asıldı sözlər qulaqlarından:– “Dayan, girmə içəri!– Gəlmə restoranıma, tez ol qayıt, dön geri”.– Niyə?– Rəngi qaradır.
Rəğbətim ağlaradır.Üzülərkən acından, yollandı Mədinəyə,
Çəkib ayaqlarını o gərək aparaydı.Özü ərəbdi, rəngi zənci kimi qaraydı...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-restoranda
Use ← → keys to move, R for a random poem