Qız oğlana söylədi:“Sənə gələrəm, əgərSalsan öz əllərinlə mənə portağal bağı”.Oğlan dedi:“Baş üstə” Əhd-peyman etdilər.

DediƏsgərBilmədi öz işini yaxşı görüb hiylə, şər.Söylədi:– Yadlar səhər bağıma uğradılar.Körpə ağaclarımı sındırıb, doğradılar.– Yalan, ilqarın hanı?– Mən yalançı deyiləm!– Qırdın əhd-peymanı!– Yox, əsla, yox, gəlmələr,– Kimə gərək saxtalıq, hədərdir bu kəlmələr.– Xainsən, yetirmədin əhdimizi yerinə,Görünmə Ayişənin bir daha gözlərinə.Vicdan sevgi düşməni deyib çıxıb getdi qız,Göz yaşları içində Əsgəri tərk etdi qız...

Oğlan donub yerində sal bir daş kimi qaldı.Gün batdı, qaş qaraldı.Yad əllərilə oldu sevgi bağçası viran,Taxta çıxdı rəzalət, yenə oldu hökmran...Bir səs gəldi elə bil: “Dur haqqını tələb et!”Hərəkət etdi Əsgər, üz tutub uzaqlara.Ağır-ağır gedərkən oğlanı uddu zülmət.Bilən tapılmadı heç yönəldi Əsgər hara!O getdi, arxasında viranə bağı qaldı,İçində yellər əsən tənha otağı qaldı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets