Durnalar, qatar-qatarYurdumu tərk edəndə,Ərəb torpaqlarınaBizdən qonaq gedəndəHansı gölün suyundanİstəyirsiniz için!Qış fəslində yurdunuzBəsrə, ya Bağdad olsun:Ancaq ki, FüzulininQəbri üstündən keçin;Qoy o nakam şairinRuhu bir az şad olsun.Söyləyin: “Biz gəlmişikXəzərin sahilindən,Həsrətini çəkdiyinAzərbaycan elindən”.Deyin ki, çox andığın

Fərağilə od tutub,Çıraq kimi yandığınAzərbaycan bircə günHeç sənsiz olmayıbdır.Axı dahi adamlarVətənsiz olmayıbdır.Dumalar, qatar-qatar,Bağrım başı od tutar,Bir an yerə salsanızƏgər mənim ricamı.Ən uca qarlı dağlarSizdən ötrü ucamı?Yox, ötün ümmanları,Arxada çöllər qoyun,Aparın töhfəsiniHər şadlığın, hər toyunBəsrə, Bağdad elinə.O şair ki, dərdiniAçdı sabah yelinə –Ona salam aparınDoğma kəndi Boyatdan.Ona müjdə yetirinBizim bu şən həyatdan.Uçun Bağdad elinə,Yolunuzdan qalmayın,Mənim də xahişimiAncaq yerə salmayın!

Bakı, 1960

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland