Ərəb qızı, ərəb qızı,Bağdadın qönçələb qızı!Söylə görüm nədən beləŞən gözlərin qapqaradır?Xilqət səni yaradandaBilirdimi nə yaradır?İnsanmısan?Mələkmisən?Tərlanmısan?Çiçəkmisən?Sən könüllər sarayındaƏn incə bir diləkmisən?!Öyrənmisən kimdən beləOğrun-oğrun baxmağı sən?Sular kimi sakit axıb,Alov kimi yaxmağı sən?Mən ərəbcə bilməyirəm,Sən də mənim lisanımı.Öldürməksə qəsdin əgər,Nə deyirəm, al canımı.Yox, görürəm, hiss edirəmSən bir şəfqət qaynağısan.Duruşunla, baxışınlaİlk məhəbbət bulağısan.Sənə Fərat deyəcəkdim,Baxdım coşqun Fərat sənsən.Həyat sözü dilə gəldi,Gördüm əsl həyat sənsən.Bahar demək istəyəndəAşiqindir bahar gördüm.Nəğmə deyir camalındanCəh-cəh vuran quşlar gördüm.Sən onların dinləyirsənSaatlarla nəğməsini.Görünür ki, çox sevirsənŞən quşların xoş səsini.Bu səbəbdən istəyirəmMən də ötən bir quş olum.Bağça-bağda səhər axşamGöy budağa qonmuş olum.Cəh-cəh vurum bülbül kimiSəhər-axşam gül bağında.Azadlıqdan nəğmə ötümPəncərənin qabağında...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring