Füzuli
Füzuli! Həyatın qürbətdə keçdi,Ömrün məşəqqətdə, möhnətdə keçdi.Yaşamış olsan da ərəb elindəİncilər yaratdın azər dilində.Qədrini bilmədi sultanlar sənin,Əsdi üzərindən tufanlar sənin.Əymədin şahlara məğrur başını,Yarın qiblə sayıb qələm qaşını“Ən güclü hökmdar gözəldir” dedin.“Gözəlsiz bağçalar xəzəldir” dedin.Bir sənəm gülüşü, xumar baxışı,Bir nazlı dildarın sakit axışıDöndərdi təbini coşqun Fərata.Sən ümid bəslədin gözəl həyata.Özün yaşasan da ağ günə həsrət,Dedin ki, var olsun həyat, məhəbbət.Şirindir aləmdə vəsli-yar dedin,Bəxtiyar yaşasın insanlar dedin.Olmadın qulamı heç bir şahlığın,Çünki aşiqiydin xeyirxahlığın.Zərbələr endirib riyakarlığa,Minbir alqış dedin təmiz varlığa.Fəqət payın oldu kədər, qəm, fəraq.Torpaq gətirmişəm, bir ovuc torpaq,Qəbrinin üstünə tökürəm onu,Torpaq əzizləyər sadiq oğlunu.
Söyləmə ümidim getdimi bada?Nəsibim nə üçün fəğandır, ahdır.Füzuli! Məzarın qoca dünyadaƏsrlərdən bəri ziyarətgahdır...Kərbəla, 1960
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-fuzuli
Use ← → keys to move, R for a random poem
More by this author
Bizim qoca dünyanı dolaşır bu əfsanə;Şam gözəldən gözəl qız, oğlan imiş pərvanə.
MənimdirMənimdir bu qızıl sünbüllü düzlər,Mənimdir bulaqlar, göllər, dənizlər.
Arazın şikayətiArazla bu səhər gəldim üz-üzəAxıb gedən zaman yaşıl bir düzə.
ƏtirYaşıl bir yamacda ilham alırdım,Hüsnünə xilqətin nəzər salırdım,
Poems by other poets · Love
Manay şahın səsləncləri gurladı,Ölkə gərək bir səs, bir söz tanıya.
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəmMəlahət gülşənində bir güli-həmrayə həsbəndəm,Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,
Ölümümə bir az qalmışÖlümümə bir az qalmışDarayacağam saçlarımı,
SevdiyimRuşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.