Pərvanə və şam
Bizim qoca dünyanı dolaşır bu əfsanə;Şam gözəldən gözəl qız, oğlan imiş pərvanə.Aşiqləri mat qoyan qızın camalı varmış,Eşqə düşən gözləri şölə çəkib yanarmış.Bir gün şam pərvanəyə deyir: “Dildar, yaxın gəl!Sənə xəlvət deməli sözlərim var, yaxın gəl!”Pərvanə ehtiramla yaxınlaşır yarına,Yetişmək istəyərkən ömrünün baharınaBirdən od tutub yanır, eşqinə qurban gedir,Bir yerindən vurulur, min yerindən qan gedir.Qız görür itirəcək sevimli dildarını,O, söndürmək istəyir göz yaşilə yarını,Ağlayır, gözlərindən yaş gəlir gilə-gilə,Həlak olur Pərvanə, gəlmədən əsla dilə...Şam o gündən sızlayır öz nakam aşiqinə,İnci göz yaşlarının o gündən işığınaPərvanələr yığılır. Qızı təskin edirlər,Onlar da alovlanıb eşqə qurban gedirlər.Şam ağlayır, alışır, bunu bilməyir ancaq,O, ağladıqca hələ, çox pərvanə yanacaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-pervane-ve-sam
Use ← → keys to move, R for a random poem
More by this author
Deyirlər, azad olmuş zindandan Nazim Hikmət,Deyirlər, ağuşunu açmış ona təbiət.
Ayransatanİsti bir yaz günüdür, od yağır göydən yerə,Toz qalxır, yeridikcə avtobuslar şəhərə.
Yeddi zənciUcqar zənci məhləsi,Yenə gecə yarıdır.
Tonqal başındaYan, tonqalım, ətrafa alovlanıb işıq sal,Gözəl şüarımızdır birlik, internasyonal.
Poems by other poets · Love
Könül səbrü qərar etməz, gedər yar olmayan yerdə,Məhəəbbət payidar olmaz vəfadar olmayan yerdə.
SədəqəsinnənNə gözəl, mənalı, oxu, sən də bax,Bir qəzəl yazıbdı sədəqə "sin"nən.
QalmasınAləmləri babət-babət yaradanNə qaldı ki qul başına gəlməsin
AğlaramSeyri-gülüstanda, Kür kənarında,Bu gün bir həsrətkeş qalıb ağlaram.