Arazla bu səhər gəldim üz-üzəAxıb gedən zaman yaşıl bir düzə.Dedi: “Şairlərdən şikayətim var.Mənim çox qəribə hekayətim var”.Dedim ki: “Nə olub?” Qövr etdi dərdi,Dedi: – El bir zaman mənə deyərdi:“Arazım, Arazım, axan Arazım!Sinəsi yadlara qalxan Arazım,Çağla ki, sən mənim öz vüqarımsan,Sevincim, fərəhim, iftixarımsan!”Dedim ki: “Elədir”.Dedi: “Bəs niyə,Məni yazırsınız insafsız deyə?Bir zaman tufanlar keçdi başından,Ayırdılar səni öz qardaşından.Mənmi səbəbkaram?!”Dedim: “Yox, Araz!”Dedi: “Vətən mülki keçirəndə yaz,Həsrət bilməyəndə Gəncə, Marağa,Ellər düşməyəndə dərdə, fərağa,Mən elə axırdım bu qərar ilə,Şərəflə, izzətlə, iftixar ilə.Əsrlər dolandı sakit, tufanlı,Sürdü öz atını çox dəliqanlı,Ahını vətənin duydum dərindən;

Yol verdim köksümdə Xudafərindən;Ellərin dərdinə könül bağladım,Səninlə bir gülüb, birgə ağladım.Demə ki, bir suyam, ürəksiz çayam;Mən ki, başdan-başa ruham, sevdayamAz mənə açmayıb sirrini insan,Gizli saxlamışam onu yaşımdan.Ayrılıq ortaya düşəndən bəriGəzib dolandıqca doğma elləri,Mən də odlanmışam, mən də yanmışam;Köpürüb axmışam, dalğalanmışam”.Dedim ki: “Elədir”.Dedi: “Bəs onda,Sənsə bir qələm çal haqqın yolunda.De, yetər şairlər hey qana-qanaİllərdir ki, məni salır böhtana.Məgər mənmi dedim, zülmkar yağı,Qanlara qərq elə get Qarabağı.Məgər mənmi dedim şahi-İranaTiflisi yandırıb elə virana,Məgər mənmi dedim Rza şaha: dur,Azəri yurduna sən də qan uddur.Məgər mənmi dedim vəliəhdə: gəl,Odlar ölkəsinə sən də ol əngəl.Mənmi istəmirəm yollar açılsın,Zəncirli, kündəli qollar açılsın.Birləşsin Qaradağ Qarabağ ilə,Yenə ömür sürsün xoş növraq ilə.Şaxtaxtı mehriban Əhərə çatsın.Şəhərlər qovuşub şəhərə çatsın.Alimlər Şirvandan Təbrizə gəlsin,Böyük sənətkarlar üz üzə gəlsin;Qatara minəndə ellər Makudan,Səhər xəbər versin qızıl Bakıdan.Məgər anaları ağlar görəndə,Sinələrdə çarpaz dağlar görəndə,Mən axıb həsrətlə inləmədimmi?Gizli, zaman-zaman dinləmədimmiDehqan qardaşının ürək sözünü?Nə olur, bir kərə dindir özünü.Nə zaman su dedi, o yana axdım;Əlinə bel aldın, bostana axdım.Suyumdan canlandı bağça-bağ mənim.Səyim, himmətimlə bu torpaq mənimÇevrildi səfalı yaşıl cənnətə”.Dedim ki: “Elədir”.Gəldi hiddətə:“Elədirsə, nədən bəs qana-qana,Şairlər salırlar məni böhtana!Qalır bir tərəfdə zülmkar, yağı,Deyirlər sən böldün ana torpağı”.Dedim ki: “Doğrudur”,O axdı, getdi.Qəlbimdə yanğılar buraxdı, getdi.Xəyala qərq etdi bu halət məni,Öldürdü, doğrusu, xəcalət məni.Ayrıldığım zaman kədərli çaydan,Gördüm ki, qardaşım baxır o taydanO yenə sadiqdir öz adətinə,Gedir şəhidlərin ziyarətinə.Dalğın, ağır-ağır o yönəlincəÇəkib karvanını axşam gəlincə,Ulduzlar göylərdə alışdı, yandı,Sanmayın o yanan bir kəhkəşandı,Bunu qan qardaşım bilir hər zaman,Mənim ürəyimdir üstündə yanan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland