Professor İ.M.Orucova ithaf edirəm

Gündə bir xəstəlik kəsir yolumu,Çalışır ki, sala gücdən qolumu.Mən deyirəm ki, yox, azar, ay azar,Hələ yaratmağa iqtidarım var.Get bu sözlərimi ölümə bildir;Dünyadan köçməyin vaxtı deyildir.

Gündə bir xəstəlik kəsir yanımı,Mən deyirəm ki, yox, Mələk xanımıTək qoyub, dünyadan gedə bilmərəm,Belə bir hərəkət edə bilmərəm.Laləzar görməsəm CeyrançölümüBu gözəl dünyadan köçən deyiləm.Get, xəbərdar elə cəllad ölümü,Hələ badəsini içən deyiləm.Xəstəlikdir adım, zorluyam, demə!Neyləyə bilərsən həyat eşqimə.Hələ Ceyranbatan yaxşı dolmayıb,Bakının ətrafı meşə olmayıb.Köpürüb axsa da çağlayan sular,Həqiqət olmayıb bir çox arzular.

Uzaq ölkələrdə gecələr boyu –Görmüşəm acları küçələr boyuHeykəllər yanında büzüşüb yatan,Bir gün Afinada hey axşamatanÖzüm dinləmişəm yunan gəncini.Böyük Afrikada qara zənciniÜrəkdən eşidib, qulaq asmışam,Qardaş tək bağrıma onu basmışam,Onlar: “Yurdumuza bir də gəl, deyib,Nə olar xahişə et əməl, deyib;Onda başqa sayaq görərsən bizi,Könlü şən, üzü ağ görərsən bizi”.Əgər o yerlərə bir də getməsəm,Bu əhdi-peymana əməl etməsəmGözlərim qapanar qəlbimdə nisgil,Yox, azar, köçməyin zamanı deyil.Gedim bir neçə il qoy bağa hələ,Çəkir ilham məni yaylağa hələ.Yazmaq istəyirəm ellərimizdən,Sonası çığrışan göllərimizdən.Səmədsiz olsa da, çıxıb şikaraArabir oylaqda azmasam olmaz.Alqış, əhsən deyib mərd insanlara,Böyük zəfərləri yazmasam olmaz.Duyub aləmini şux gözəllərinHələ yazmalıyam saf məhəbbətdən,Mənası göylərin qoynundan dərinBir dünya eşqilə yaşayıram mən.Görməyirsən məgər gözəldir həyat?Bəs niyə gəlirsən hər gün, hər saat?Bəsləyir qoynunda arzular məni,Səsləyir saz məni, kaman, tar məni.Daha ağ günlərə mən çatmalıyam.Hələ yaratmalı, yaratmalıyam.Ay azar, yoxsa da səndə mürüvvət,Köçməli deyiləm hələ, qayıt get.Həyat sevdasilə çırpınır könlüm.Nəkarasan, azar, nəçisən ölüm!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets