Mən səni axtarıram, gözlərim çəməndədir.Mən səni axtarıram, çünki bahar səndədir.Nərgiz yenə başını qaldırıbdır torpaqdan,Mən səni düşünürəm baxıb ona bayaqdan,Canlanır qabağımda yenə xumar gözlərin,Dayanmışam yamacda, gün batır, hava sərin;Salxım söyüd yellənir, kefidir ağacların.Düşür yenə yadıma şəvə kimi saçların.Sən ki, ağ yasəməndən daha təravətlisən.Lalələr döşlər boyu sanki al piyalədir.Sən onlardan alovlu, odlu, hərarətlisən,Ürəyimin başında məhəbbətin lalədir.Niyə gəzim baharı, son mənim baharımsan.Ətrinlə çəmənləri məst eləyən yarımsan.Seyr edirəm səhərdən, gözlərim çəməndədir.Mən səni axtarıram, çünki bahar səndədir...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern