Çox ulduzlar doğur göydə,Parıldayır zaman-zaman.Sənsə yerdə şəfəq saçdınAzərbaycan torpağından.Səslənəndə yoxsullarınAğır şallaq kürəyində,El möhnəti dağa döndüSənin təmiz ürəyində.Yola düşdün ilk baharda,Rus xalqının torpağına,Mədəniyyət ocağınaGetdin şəfəq gətirməyə,Öz elinin salamınıBöyük xalqa yetirməyə.Çıraq tutdu, qədim şəhər

Muradına, istəyinə.Bir rus qızı heyran olduArzuların məbədgahı ürəyinə.Saçlarına dən düşmüşdüMöhnətlərə sən dözəli.Şəfqət gördün o dilbərdən,Sevdi səni rus gözəli.Alqış dedin hərarətlə bu müqaddəs məhəbbətə,Alqış dedin qırılmayan bu hörmətə, sədaqətə.Gözlərinin qabağından heç getmədi lakin səninAzərbaycan torpağında gəlişini gözətləyənKəlağaylı bir nazənin.Həsrətilə yaşadığın elə bir gün döndün geri,Sevdin Odlar dünyasında ağır ömür sürənləri.İşıq saçdın boğmaq üçün qalın, qatı qaranlığı,İşıq saçdın məhv etməyə cəhaləti, nadanlığı.Məzlumlara dayaq oldun,El yolunda oyaq oldun.Gəzdin daim ədaləti,Divanlarda axtardın haqq;Nələr sezdin dolandıqcaOba-oba, oymaq oymaq.Qüvvət səni hədələdi:“Yaxşı olar, – dedi, – Həsən,Bu cındırlı kəndliləriOyatmaqdan əl çəkəsən”.Yox, müyəssər olmadı heç nə bəylərə, nə xanlara,Bir ölkənin taleyinə həqir gözlə baxanlaraİradəni parçalamaq.Sən hər zaman söylədin ki, qoy var olsun ana torpaq,Budur! Doğma vətənində uzaq bir kənd, soyuq gecə.Zülmət aclıq dəryazilə yeriyəndə dörd bir yanaGah aşkara, gah gizlicəKəndlilərin əhvalını şərh elədin sən divana.Yazdın: “Yetər, göyərməsinKəc niyyətlər, bəd əməllər!”Elə bu dəm xain əllər

Sənə qıymaq istədilərOğrun-oğrun pancərədən:Aşdı düzdən, gen dərədən;Güllə səsi xəbər verdi xəyanəti,Hampaların törətdiyi bu vicdansız cinayəti,Nə yaxşı ki, o güllələr dəydi soyuq divarlara,Yoxsa elin ürəyində açılardı dərin yara.Onlar kimə qıyırdılar,Bunu yaxşı duyurdular.Sən arxaydın göz yaşiləTorpağını əkənlərə,Qaşqa kəlin əvəzinəÖzü kotan çəkənlərə.Yoxsul əsir, varlı harın,Torpaq bəyin, mülkədarın.El dərdinə gəzdin çara,Zaman səni çəkdi dara.Xainlərdən, alçaqlardan,Satqınlardan, yaltaqlardanUğurunda bu vətəninBaşın bəla çəkdi sənin.“Əkinçi”ni çap elədin, əkinçiyə “oyan!” dedin.Zalım gördün: “Sənin payın veriləcək, dayan!” dedin.El yolunda çalışanda hey bu sayaq,Xəfiyyələr pusdu səni, taleyə bax!Evindəki xidmətçinin qorxudaraq alıb ələGöz qoydular üzərində.Çarpışdıqca o mühitlə aydan-aya, ildən-ilə,Əzəmətlə göyə qalxdın xalqımızın nəzərində.Sən bu Odlar diyarının sədaqətli balasısan,Azərbaycan torpağının sən də namus qalasısan.Unutmarıq ömür boyu göstərdiyin o xidməti,Sənə şanlı bir heykəldir xalqın böyük məhəbbəti.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland