Yer-göyüzündə kiçicik bir nöqtə yox,Göyüzünün kiçicik bir nöqtəsi!

Qapıdakı Adam, sus,hamını hamıya doğma etmək, sevdirmək –hamının vətəni olmaq haqda düşün,bil, bil, sən sevdirdiyin qədərsevdirdiklərinə vətənsən,Vətən ol – hamını hər an doğma et, sevdir,çocuğa çevir, hər an hamının ayağınıöpmək ucalığına en Vətən torpağıtək,həm də hər an qalx özünü öt Vətən göyütək,

Həm də bil, yer həqiqətləri əsl həqiqəti,əsl göyüzünü səndən gizlətmək üçündür.Sənin bütün fəlakətlərin sənin özününgöyün bir hissəsi, göyün özü olduğunuduya bilməməyindən gəlir!

Yerdən xilas ol,sən göyün övladısan, insan,həm də demə, sən bir heçsən,demə, gəldi-gedərsən,hər an, hər an inan, bil,Allahı duyub gəldiyin,Vətənçün,Allahçün ola bildiyin,ölə bildiyin qədərsən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love