İkiqat cinayət
Eldən gələn kağızlar cəbhəyə bir dayaqdır,Könül açan sözləri əsgər üçün yaraqdır.Dünən döyüşçü dostum evindən kağız aldı,Sevinmədi nədənsə, bulud kimi qaraldı.Mən ona yaxınlaşıb dedim: “Nə var, qardaşım?Ağır gündə dərdini bölər dostlar, qardaşım!”Cavab vermədi əsla, doldu qara gözləri,Dikilmişdi nədənsə uzaqlara gözləri...
Birdən döyüş qızışdı, yağdı yenə güllələr,Yenə bir-birimizdən tuta bilmədik xəbər.Qaş qaraldı, sanma ki, atışmalar dayandı,Göylər alov büründü, yerlər qana boyandı.Qəmli bir gəlin kimi gözünü açdı səhər,Baxdım yatır yanımda cəbhə yoldaşım əsgər.Sinəsindən vurulmuş, köksü batmış al qana.Dünən aldığı məktub yellənir, düşüb yana.Tez kağızı götürdüm... Nələr olur dünyada!Bivəfa yar veribdir əsgəri, duydum, bada,Məktubu dostu yazmış, xəbər verir əsgərə;Atıb onu arvadı getmiş özgə bir ərə...Bir saatın içində əsgər qəlbən qocalmış,Taqətini əlindən dərdü-qəm çəkib almış;Ayırd edə bilməmiş hardan yağır güllələr,Səbəb dönük sevgidir, tələf olmuşdur əsgər...Fikir məni apardı heykəl kimi dayandım,Vaxtsız ölən əsgərə yandım, yandıqca yandım.Nəhayət, belə yozdum bu ağır fəlakəti:Bir namussuz arvadın ikiqat cinayəti.Dedim: “O kişilər ki, alır əsgər qadını,Qoy yaxşıca qorusun öz təzə arvadını.Səngərdəki əsgərə göstərməyən sədaqət,Onun da sevgisinə bir gün eylər xəyanət!”
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-ikiqat-cinayet
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Könlümə xunabeyi-həsrət şərab etdi fəraq,Atəşi-eşq içrə bağrımnı kəbab etdi fəraq.
Təngə gəldim, saqiya, bu məscidi-viranədənTəngə gəldim, saqiya, bu məscidi-viranədən,Gəl, tərəhhüm eylə bir yer ver mənə meyxanədən.
Of, çəkilsin cəhənnəmə bir pərdəOf, çəkilsin cəhənnəm ə bir pərdəBu baxmaqdan yorulduğum dünyaya!
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram