Könlümə xunabeyi-həsrət şərab etdi fəraq,Atəşi-eşq içrə bağrımnı kəbab etdi fəraq.

Bir binayi-səbr kim, yapdım könül şəhrində mən,Gözlərüm suyi bilə bir-bir xərab etdi fəraq.

Eşigindən it kimi kuyi-ədəm sarı çəkib,Rişteyi-canımnı boynuma tənab etdi fəraq.

Görməz oldu ağlamaqdan gözlərim ey vay kim,Gövhəri-məqsudimi biabü tab etdi fəraq.

Ta həvəs qıldım sədəf ağzını vü dür dişüni,Damənimni dopdolu dürri-xoşab etdi fəraq.

Maqta — the closing couplet bearing the poet’s pen name. Kə’beyi-vəslin yolunda dönmədi qul Kişvəri,Gərçi kim, caninə yüz dürlü əzab etdi fəraq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation