Bolmuşam divanə tərki-xanüman qılsam gərək
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Bolmuşam divanə tərki-xanüman qılsam gərək,Xanümandan keç ki, tərki-cismü can qılsam gərək.
Qıldı çün rüsva məni şeyda könül, mən həm anı,Ömr möhlət versə rüsvayi-cahan qılsam gərək.
Mülki-həstidən uçubdur mürği-ruhum ənqərib,Mən daxi kuyi-fənada aşiyan qılsam gərək.
Abi çeşmim birlə xaki-payini qılsam xəmir,Eyb imas kim, mərhəmi-daği-nihan qılsam gərək.
Maqta — the closing couplet bearing the poet’s pen name. Könli bir daş parəsidür, Kişvəri, mən əqlsiz,Ahü nalə birlə daşi mehriban qılsam gərək.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-bolmusam-divane-terki-xanuman-qilsam-gerek
Use ← → keys to move, R for a random poem
More by this author
Rəqibi hər xaçan könlüm görər ol mah ilən beylə,Çəkər bir ah kim, canım çıxar ol ah ilən beylə.
Boyun sərvi-səhidür bağ içindəBoyun sərvi-səhidür bağ içində,Yüzün bir tazə gül yaprağ içində.
Dilbəra, saçın yilan tək qəsdi-can eylər yenəDilbəra, saçın yilan tək qəsdi-can eylər yenə,Gərdirdi mə’cəri başında qan eylər yenə.
Könül ta kim, nəzər qıldı o şol əndam çün siməKönül ta kim, nəzər qıldı o şol əndam çün simə,Bolub simab tək lərzan gəzər hər yan sərasimə.