Müqəddəs kədər
O bir gənc kolxozçudur, Ukrayna torpağından,Hələ məhsul dərməmiş ömrün bahar bağından.Doğma kolxozlarında dövləti, varı qaldı,Candan artıq sevdiyi nazlı bir yarı qaldı.Vətənindən didərgin saldılar bu gün onu,Ömründə qəm bilməyən azadlığın oğlunu.Dərd alıb pəncəsinə bu gün didir, dağıdır,
Qınamayın siz onu, ömrün qəmgin çağıdır!Kim bilir, bəlkə dünən, saçlarından sürülən,Döyülən, zorlanılan, əzabla öldürülən,Sarı saçlı nazənin sevimli cananıydı;Ah, bəlkə də, balaca qardaşımın qanıydıBir gülləylə qarlara tökülüb, açdı lalə;Qınamayın dərdlənib o gedəndə xəyalə!Haqlıdır kədərlənib baxarkən Vətən sarı,Bölüşür torpağını alman mülkədarları.Bu dərd vurdu yadından hər dərdini çıxardı,Bu dərd bir xəncər kimi odlu qəlbini yardı.Qoyun kədərlənsin o, təsəllilər hədərdir!Vətən dərdi, el qəmi, ən müqəddəs kədərdir!Bu kədər, ancaq onun əlinə vermiş yaraq,Bu qəzəblə o qanlı cəbhələri yaracaq,Dəhşətli bir intiqam aldıracaq bu kədər;Onu dağ tək hücuma qaldıracaq bu kədər!O, ovcunda sıxır, bax, qəzəbindən yarağı,Az qalır ki, çatlasın tüfənginin qundağı.Toxunmayın siz ona, təsəllilər hədərdir!Vətən dərdi, el qəmi, ən müqəddəs kədərdir!
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-muqeddes-keder
Use ← → keys to move, R for a random poem
More by this author
Deyirlər mənə, Rahim,Məqsədə yetməyirsən.
Turac, kolluq, bağTikanlı kolları qoparır maşın,Dostum bu tədbirə baxır bir anlıq;
Qocalıq qansız olurBax, o gözündə çeşmək, əlində qalın əsa,Beli bir qədər bükük,
İnsan və ölümHəkim dedi ümid yoxdur, gedəcəkXəstə dedi həyat davam edəcək.